Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dünya çempionunu öldürən azərbaycanlının "başına pul qoyuldu"

© Photo : Instagram / anar4911Anar Allahverənov
Anar Allahverənov - Sputnik Azərbaycan
Abunə olmaq
Anar Allahverənovun tutulması müqabilində 500 min rubl təklif olunur

BAKI, 23 avqust — Sputnik. Rusiya Daxili İşlər Nazirliyinin (DİN) Xabarovsk diyarı üzrə İdarəsi, pauerliftinq üzrə dünya və Avropa çempionu Andrey Draçevi öldürən azərbaycanlı barədə informasiya müqabilində mükafat təyin edib.

Anar Allahverənov - Sputnik Azərbaycan
HADİSƏ
Rus çempionu döyərək öldürən həmyerlimiz azadlıqdaymış

Sputnik Azərbaycan-ın İdarənin rəsmi saytına istinadən məlumatına görə, Anar Allahverənovun tutulması müqabilində 500 min rubl təklif olunur. Məlumatda deyilir: "RF Cinayət Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulan cinayəti törədən Xabarovsk diyarı Amur şəhərinin sakini, 19.01.1992-ci ildə doğulan Allahverənov Anar Əliyar oğlu axtarılır".

Mükafat, federal axtarışa verilən şübhəli şəxsin tutulmasına kömək edən informasiya müqabilində ödəniləcək. Güc strukturları informasiyanı təqdim edən şəxsin anonimliyinə və konfidesiallığına zəmanət verir.

Anar Allahvrənovun axtarışı Rusiyanın Uzaq Şərq regionlarında aparılır. Axtarışa operativ-istintaq qrupu cəlb edilib. Bu qrupa insanlara qarşı törədilən ağır və xüsusi ağır cinayətlərin üstünün açılmasında ixtisaslaşan əməkdaşlar daxil edilib.

Xatırladaq ki, hadisə avqustun 20-də səhər tezdən Xabarovsk şəhərinin kafelərindən birinin qarşısında baş verib. Dava zamanı Anar Allahverənov Andrey Draçevi zərbə ilə yerə yıxır və sonra ona daha bir neçə zərbə endirir. Təcili yardım Draçevi xəstəxanaya çatdırsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Allahverənovun qohumları bildirirlər ki, Andrey Draçev Anarı itələyib, onu "çuşka" (geridəqalmış kimi təhqiramiz ifadə — red.) adlandırıb. Onların arasında mübahisə yaranıb və Andrey bir daha Anarı küçə ifadələri ilə təhqir edib. Bundan sonra Anar dünya çempionunu təkbətək davaya çağırıb.

Xəbər lenti
0