Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Məşhur meyxanaçı faciəli şəkildə həyatını itirdi

© Photo : Qafqazinfo.azBayram Kürdəxanlı
Bayram Kürdəxanlı - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər

BAKI, 23 avqust — Sputnik. Meyxana aləmində Bayram Kürdəxanılı kimi tanınan meyxana ustası Bayramqulu Quliyevi avtomobil vuraraq öldürüb. "Report"un məlumatına görə, hadisə Kürdəxanı qəsəbəsində baş verib.

Belə ki, toy mərasimindən evə qayıdan meyxana ustası, qəsəbə ərazisində yolu keçərkən Emin Fərhadovun idarə etdiyi "Peugeot" markalı, 10-PS-782 dövlət seriya nişanlı avromobil onu vurub. Nəticədə meyxana ustası ağır xəsarət alıb.

Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər. Hadisəni törətmiş E. Fərhadov Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti
0