Həbs, arxiv şəkli

Şeyx Həmzətin "Ləvəngi" restoranında saxlanılmasının detalları aydınlaşdı

15328
(Yenilənib 18:39 22.08.2017)
Qastəmirov ailə üzvləri ilə nahar edərkən, əməliyyatçılar restoran ərazisinə daxil olublar

Ramella İbrahimxəlilova, Sputnik Azərbaycan

BAKI, 22 avqust — Sputnik. Çeçen mənşəli məşhur kriminal avtoritet Həmzət Qastəmirov (kriminal dünyada Şeyx Həmzət kimi tanınır) sərbəst buraxılıb. Bu barədə Sputnik Azərbaycan-a AR Daxili İşlər Nazirliyindən məlumat verilib və əlavə edilib ki, Qastəmirov artıq Azərbaycan hüdudlarını tərk edib.

"Avropa oğru kassasının nəzarətçisi" adlanan "qanuni oğru" Şeyx Həmzət ötən şənbə günü axşam Azərbaycan DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları tərəfindən saxlanılıb. Kriminal dairələrə yaxın mənbənin Sputnik Azərbaycan-a verdiyi məlumata görə, BMCMİ rəhbərliyi kriminal avtoritetin saxlanılması üçün paralel olaraq üç ünvana xüsusi qrup göndərib. Çeçen avtoriteti "20 yanvar" metrostansiyasının yaxınlığında yerləşən "Ləvəngi" restoranında saxlayıblar. Bu hadisə Qastəmirov və onun adamlarının Lənkərandan qayıtmasından dərhal sonra baş verib.

Xatırladaq ki, Almaniyada yaşayan Qastəmirov, bir il əvvəl – avqustun 17-dən 18-nə keçən gecə İstanbulda qətlə yetirilən "qanuni oğru" Rövşən Caniyevin (Rövşən Lənkəranski) məzarını ziyarət etmək üçün Azərbaycana gəlib. Qastəmirov "qardaş" dediyi Rövşən Lənkəranskinin xatirəsini yad edib və elə həmin axşam Bakıya qayıdıb.

Şeyx Həmzət Rövşən Lənkəranskinin qəbrini ziyarət edərkən
© Photo : ŞƏXSİ ARXİV
Şeyx Həmzət Rövşən Lənkəranskinin qəbrini ziyarət edərkən

Bu arada, mənbə iddia edir ki, Qastəmirovu, onun Azərbaycan qanunları ilə heç bir problemi olmasına baxmayaraq, həbs ediblər. Bəzi yerli KİV-lər iddia ediblər ki, çeçen avtoritet "Ləvəngi" restoranında qanunsuz toplantı keçirdiyi üçün saxlanılıb. Amma bu məlumat həqiqətə uyğun deyil. Əslində, heç bir toplantı olmayıb. Qastəmirov ailə üzvləri ilə nahar edərkən, əməliyyatçılar restoran ərazisinə daxil olublar.

Bəzi məlumatlara görə, BMCMİ rəhbərliyi Qastəmirovun həbs edilməsi üçün şöbə müdirini məzuniyyətdən geri çağırıb. "Qanuni oğru"nu, onun törədilmiş cinayətlərdə əlinin olması barədə informasiyanı yoxlamaq üçün saxlayıblar. Bazar ertəsi Qastəmirov azad edilib. Amma onun qarşısına, ən qısa zamanda Azərbaycanı tərk etmək şərti qoyulub və kriminal avtoritet də bunu edib.

15328
Teqlər:
BMCMİ, Həmzət Qastəmirov, kriminal avtoritet, Şeyx Həmzət, çeçen, "qanuni oğru", Daxili İşlər Nazirliyi, Azərbaycan, qanun
Əlaqədar
Şeyx Həmzətin aradan götürülməsində Rövşən Lənkəranskinin düşmənləri maraqlı olublar
Məşhur "avtoritet" Şeyx Həmzət Rövşən Lənkəranskinin qəbri üstündə: "Bu böyük itkidir"
Məşhur avtoritetlər Rövşən Lənkəranskinin il mərasimində
Polisdən Rövşən Lənkəranskinin ölüm günü ilə bağlı gözlənilməz açıqlama
Rusiyadakı kütləvi davada Rövşən Lənkəranski izi
Rövşən Lənkəranski Lotu Bəxtiyarın rekordunu təzələdi
Lənkəranskinin qətlində İŞİD izi
Самолет Бе-200, фото из архива

Hirkan Milli Parkında yanğın davam edir - VİDEO

9
(Yenilənib 19:37 17.01.2021)
Yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi cəlb olunub.

BAKI, 17 yanvar - Sputnik. Astara rayonu ərazisində Hirkan Milli Parkında baş vermiş yanğının söndürülməsi istiqamətində Fövqəladə Hallar Nazirliyi tərəfindən operativ və təxirəsalınmaz tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının söndürülməsinə relyefin mürəkkəbliyi və hava şəraitinin əlverişsizliyi maneə törədir. Bununla belə, yanğının daha geniş sahəyə yayılması və Milli Parka daha böyük ziyan vurmasının qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirilir.

Qeyd edək ki, yanğınla mübarizəyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinin "BE-200ÇS" tiplı amfibiya təyyarəsi də cəlb olunub.

Əlavə məlumat veriləcək.

9
Шторм в Черном море

Qara dənizdə batan gəminin dörd üzvü ölüb, axtarışlar dayandırılıb

6
Rusiya Dənizçilərinin Həmkarlar İttifaqının məlumatına görə, gəminin operatoru Ukraynanın “Tesero Marine” şirkətidir.

BAKI, 17 yanvar - Sputnik. Qara dənizin Türkiyə sahillərində, Bartın vilayətinin İnkumu sahillərinə yaxın ərazidə batan Palau bayrağı altında üzən “Arvin” quru yük gəmisinin batması nəticəsində dörd nəfər həlak olub və həyatını itirənlərin sayı arta bilər.

Bunu Türkiyənin Bartın vilayətinin valisi Sinan Güner bildirib. Onun sözlərinə görə, “Arvin” gəmisinin batmasına əlverişsiz hava şəraiti səbəb olub:

“Son məlumata görə, 4 nəfər ölüb, 6 heyət üzvü xilas edilib. Yüksək dalğalara görə dənizdə axtarış-xilasetmə işləri dayandırılıb, helikopterlərdən isifadə edilərək havadan axtarışlar davam edir”.

Rusiya Dənizçilərinin Həmkarlar İttifaqının məlumatına görə, gəminin operatoru Ukraynanın Tesoro Marine LLC şirkətidir. Türkiyə Hərbi Dəniz Qüvvələri axtarış əməliyyatında iştirak etmək üçün freqat göndərmişdi.

Daha öncə gəminin Rusiya bayrağı altında üzdüyü bildirilirdi. Son məlumatlara görə, Palau bayrağı altında üzən gəminin 12 nəfərlik heyətinin 10 üzvü ukraynalı, ikisi isə rusdur. Gəminin sahibi Arvin Shipping LTD-dir (Beliz). Gəmi 1997-ci ildə Rusiyada qeydiyyatdan çıxarılıb.

6