Anar Allahverənov

Rus çempionu döyərək öldürən həmyerlimiz azadlıqdaymış

1296
(Yenilənib 14:35 22.08.2017)
Rusiyada dünya çempionunu döyərək öldürən azərbaycanlı federal axtarışa verilib

BAKI, 22 avqust — Sputnik. Rusiyada pauerlifting üzrə dünya çempionu Andrey Draçevi döyərək öldürən azərbaycanlı döyüş ustası Anar Allahverənov federal axtarışa verilib. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadən xəbər verir ki, əməliyyatçılar tərəfindən həmin şəxsin evində və bir sıra yerlərdə axtarış aparılıb.

Bildirilib ki, federal axtarışa verilmiş şəxsin tutulması ilə bağlı genişmiqyaslı operativ-axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı "Qəsdən adam öldürmə" maddəsi ilə cinayət işi başlayıb.

Xatırladaq ki, qətli törədən şəxsin döyüş ustası Anar Allahverənov adlı azərbaycanlı olduğu bildirilir. Məlumata görə, dünya çempionu onu "çuşka" adlandırıb, bundan sonra tərəflər arasında mübahisə və əlbəyaxa dava baş verib.

Onu da bildirək ki, daha əvvəl yayılan xəbərlərdə A. Allahverdiyevin saxlanıldığı bildirilirdi.

1296
Teqlər:
Anar Allahverənov, Andrey Draçev, dünya çempionu, Rusiya
Əlaqədar
Həmyerlimizin rus dünya çempionunu öldürməsinin ilginc səbəbi
Dünya çempionunu öldürən azərbaycanlı həbs edilib
Dünya çempionunu bir zərbə ilə öldürən azərbaycanlı imiş
Dünya çempionunun dəhşətli öldürülmə anı kameraya düşdü