BAKI, 21 avgust — Sputnik. İsmayıllı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Muğanlı-İsmayıllı yolunun Talıstan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Yolda hərəkətdə olan "VAZ 2106" markalı minik avtomobilinin şini partlayıb və sürücü təkəri dəyişmək üçün yoldan keçən "VAZ 2107" markalı minik avtomobilini saxlayaraq onun sürücüsündən kömək istəyib.
Sputnik Azərbaycan-ın xeberle.com-a istinadən verdiyi məlumata görə, "VAZ 2107" markalı minik avtomobilinin sürücüsü, Sumqayıt şəhəri, Corat qəsəbə sakini Mustafayev Xalid Rauf oğlu sürücü yoldaşına kömək məqsədilə avtomobildən yerə düşərkən ehtiyatsızlıq edib və yolda hərəkətdə olan "Ford" markalı yük avtomobili onu vurub.
Xalid Mustafayev ağır kəllə beyin travması və bədənin müxtəlif nahiyələrinin sınıq və əziyi diaqnozu ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, Xalid Mustafayev Sumqayıtda sehrbaz, illuziyaçı kimi tanınırdı. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
BAKI, 19 yanvar - Sputnik. İstanbulun Esenyurt rayonunda "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub.
APA-nın verdiyi xəbərə görə, silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. Güllələnən şəxsin Əli Həşimov olduğu bildirilir. O, aldığı güllə yarasından hadisə yerində ölüb.
Onu vuran digər azərbaycanlı Kənan adlı şəxs isə xəstəxanaya çatdırılıb.
Məlumata görə, hadisə borc üstündə baş verib.
Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb.
BAKI, 19 yanvar — Sputnik. 12 iyul 2020-ci il tarixdə saat 17 radələrində Gədəbəy rayonu, Qurudərə kənd sakini İsgəndərov Oruc Abbas oğlunun yaşadığı ünvanda qəsdən öldürülməsi, sonuncunun arvadı Sənubər İsgəndərovaya isə müxtəlif dərəcəli bədən xəsarətlərinin yetirilərək qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Gədəbəy rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
Sputnik Azərbaycan Gədəbəy Rayon Prokurorluğunun məlumatına istinadla xəbər verir ki, cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilib, hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb, şahidlər dindirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış istintaq zamanı zərərçəkmiş Oruc İsgəndərovun qardaşı oğlu Arzu İsgəndərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı xüsusi amansızlıqla Oruc İsgəndərovu qəsdən öldürməsinə, Sənubər İsgəndərovanı isə qəsdən öldürməyə cəhd etməsinə, həmçinin sonuncuların yaşadıqları evi yandıraraq əmlaklarını məhv etməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.
Arzu İsgəndərov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) və digər maddələri ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.