Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Polis qardaşını öldürən qatildən qəribə hərəkətlər

Abunə olmaq
Polis qardaşını bıçaqla qətlə yetirən Bakı şəhər sakini cinayət məsuliyyətindən qaçmaq üçün özünü dəliliyə qurub

BAKI, 16 avqust — Sputnik. Polis qardaşını bıçaqla qətlə yetirən Bakı şəhər sakini cinayət məsuliyyətindən qaçmaq üçün özünü dəliliyə vurub.

Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Daha əvvəl Sputnik Azərbaycan xəbər vermişdi ki, polis əməkdaşlarının Qaradağ rayonu ərazisində gördüyü operativ tədbirlər nəticəsində avqustun 3-də qardaşı, Çevik Polis Alayının əməkdaşı, polis serjantı, 1988-ci il təvəllüdlü Əliyev Murad Ramazan oğlunun ürəyinə 3 bıçaq zərbəsi endirməklə onu qətlə yetirmiş 1990-cı il təvəllüdlü Bakı şəhər sakini Əliyev Əli Ramazan oğlu tapılıb.

Qətl hadisəsi paytaxtın 9-cu mikrorayonunda, Murad Əliyevin yaşadığı ünvanda baş verib. Axşam saat 17:00 radələrində Əli Əliyev qardaşına ürək nahiyəsindən üç bıçaq zərbəsi endirərək hadisə yerindən qaçıb. 

Удар ножом, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Polisi qətlə yetirdi, özü xəstəxanaya düşdü

Ötən bazar günü (avqustun 13-də), avqustun 4-də haqqında axtarış elan edilmiş Əli Əliyev Sabunçu rayonunun Maştağa qəsəbəsindəki 7 saylı Şəhər Kliniki Xəstəxanasında aşkar edilib. Məlum olub ki, avqustun 11-də Əliyev Qaradağ rayonunun ərazisində huşsuz vəziyyətdə tapılaraq sözügedən xəstəxanaya gətirilib.

Bununla belə, polis əməkdaşlarının öz həmkarlarının qətlinin üstünü necə açmasının təfərrüatları məlum olub. Onlar Əliyevi yarıçılpaq və anlaqsız vəziyyətdə çöllükdə tapıblar. Cavan oğlan polislərin suallarına cavab verməyib və polislər elə biliblər ki, o, laldır. Ona görə də, qərara gəliblər ki, Əliyevi Maştağa qəsəbəsində yerləşən, lal-kar xəstələrin müalicəsi üçün ixtisaslaşmış 7 saylı şəhər xəstəxanasına gətirsinlər.

Onlar cavan oğlanın doğmalarını tapmaq üçün onun şəxsiyyətini müəyyən etməyə çalışıblar. Polislər xəstəxanaya ekspert-psixiatr cəlb ediblər və tezliklə məlum olub ki, Əliyev lal deyil. O, sadəcə polisi aldadır. Lakin polislər şəxsiyyəti məlum olmayan adamı zorla danışdırmağa cəhd etməyiblər. Onlar problemi bu yolla həll etmək qərarına gəliblər — sadəcə pasiyentin şəklini çəkmək və yerli tenekanallarda yaymaqla onu tanıyanlardan yardım istəmək. Əliyevin valideynləri çox tez tapılıblar və məlum olub ki, məhz o qardaşını öldürüb.

Əliyev qardaşını qətlə yetirdikdən sonra özünə də qəsd etməyə çalışıb. Lakin tezliklə polisin əlinə keçdiyindən, məsuliyyətdən yayınmaq üçün özünü dəliliyə və xəstəliyə vurmağa cəhd edib.

Xəbər lenti
0