Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qədim ağac zəvvarların üstünə aşdı, 12 nəfər öldü

CC BY 2.0 / jimi kim / stumpKəsilmiş ağac kötüyü, arxiv şəkli
Kəsilmiş ağac kötüyü, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Portuqaliyada ağacın aşması nəticəsində 12 nəfər ölüb, 52 nəfər xəsarət alıb

BAKI, 16 avqust — Sputnik. Portuqaliyanın Madeyra adasında dini festival zamanı nəhəng ağacın zəvvarların üzərinə aşması nəticəsində 12 nəfər ölüb, 52 nəfər xəsarət alıb. APA-nın “Publico” nəşrinə istinadən verdiyi xəbərə görə, aşmış palıd ağacının 200 yaşı olduğu bildirilir.  

Ölənlər arasında azyaşlı uşaq var. Xəsarət alan şəxslərin arasında çoxlu sayda əcnəbilərin olduğu qeyd olunur.  

Ölkə prezidenti Marselu de Souza təcili olaraq Madeyra adasına yollanıb.

Əyalətdə üçgünlük mayəm elan edilib. Qubernator hadisə ilə əlaqədar cinayət işinin başlanacağını istisna etməyib. 

Xəbər lenti
0