BAKI, 15 avqust — Sputnik. Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Gülçin Məmmədlinin (ad, soyad şərtidir) köməksiz vəziyyətindən istifadə etməklə qohumu–Bakı şəhər sakini, 1980-ci il təvəllüdlü Məftun Bayramov tərəfindən 2015-ci ilin sentyabrından 2016-cı ilin noyabr ayınadək olan müddətdə mütəmadi olaraq Bakı və Sumqayıt şəhərlərində zorlanması və seksual xarakterli digər zorakılıq hərəkətlərinə məruz qalması faktına görə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 149.1(zorlama) və 150.1-ci (seksual xarakterli zorakılıq hərəkətləri) maddələri ilə cinayət işi başlanıb.
Bu barədə Sputnik Azərbaycan-a Bakı şəhər Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, iş üzrə məhkəmə-tibb ekspertizası təyin edilib, şahidlər dindirilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İstintaqla həmçinin M.Bayramovun çəkdiyi intim əlaqələrini əks etdirən video görüntü və foto şəkilləri sosial şəbəkələrdə yayacağı ilə hədələyərək G.Məmmədlidən 1890 manat dəyərində qızıl-zinət əşyalarını almasında əsaslı şübhələr müəyyən edilib.
M.Bayramov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin149.2.5 (zorlama, təkrar törədildikdə), 150.2.5 (seksual xarakterli zorakılıq hərəkətləri etmə,təkrar törədildikdə) və 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə, təkrar törədildikdə) maddələrilə ittiham elan edilməklə məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
BAKI, 19 yanvar - Sputnik. Ölkə ərazisindəki faktiki hava barədə məlumat açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Şərur, Şahbuz, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Oğuz, Qəbələ, Şəki, Mərəzə, Altıağac, İsmayıllı, Xaçmaz, Quba, Qusar, Xaltan, Qrız, Kişçay (Şəki), Ağstafa, Şamaxı, Xınalıq, Sarıbaş (Qax), Şabran, Şahdağda qar, Bakıda sulu qar yağıb.
Sumqayıt, Maştağa, Binə, Pirallahı, Tərtər, Yevlax, Göyçay, Kürdəmir, Sabirabad, Cəfərxan, Salyan, Qazıməmməd, Biləsuvar, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsuda yağış müşahidə olunub.
BAKI, 19 yanvar - Sputnik. Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyasının yaxınlığı) yol-nəqliyyat hadisəsi baş verib.
Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.
Leyla Abdullayeva, Sputnik Azərbaycan
BAKI, 20 yanvar — Sputnik. Bu gün bütün bölgələrdə olduğu kimi Qubada da şəhidlər böyük ehtiramla yad edilib. Güclü qar yağmasına baxmayaraq, şəhidlər xiyabanına böyük insan axını olub.
Ziyarət edənlər arasında Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, rayon rəsmiləri də iştirak edib. Rayon ictimaiyyəti 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar həm 20 Yanvar şəhidlərinin, həm Birinci Qarabağ müharibəsi şəhidlərinin, həm də Vətən Müharibəsi şəhidlərinin məzarlarını ziyarət ediblər.
Onu da qeyd edək ki, şəhidləri yad etmək üçün Qubanın kəndlərindən də vətəndaşlar Şəhidlər xiyabanına üz tutublar.