Alanya, arxiv şəkli

Türkiyə ruslar üçün cəhənnəmə çevrilir: rus turist komaya düşdü

785
(Yenilənib 22:38 13.08.2017)
Heç bir aviaşirkət komada olan turisti vətəninə aparmağa boyun olmur

BAKI, 13 avqust – Sputnik. Surqut sakini Kristina Maksimyuk Türkiyənin Antayla şəhərində istirahət edərkən komaya düşüb. 

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə turistin bacısı Nadejda Qumenyuk RİA Novosti-yə məlumat verib. 

Qohumlarının sözlərinə görə, onlar Türkiyəyə avqustun 7-də gəliblər və elə həmin gün də qadın infarkt keçirib. Hazırda o, yerli klinikaların birində komadadır. Həkimlər onu nəzarət altında saxlayırlar. 

“Sığorta şirkəti bizə məlumat verib ki, türk aviaxətləri belə sərnişinləri daşımaqdan imtina edir. Ona görə də biz oturub "Rosaviasiya"dan cavab gözləyirik. Onlar yer tapa bilmirlər. Mən konsulluğun nümayəndələri ilə danışıqlar aparıram” – deyə Qumenyuk bildirib. 

O əlavə edib ki, Fövqəladə Hallar Nazirliyinin Yuqradakı baş idarəsi bu məsələni nəzarət altına alıb. 

“Artıq üçüncü gündür ki, həkimlər adi təyyarə reysi ilə uçuş üçün icazə vərəqini imzalayıblar. Sanitar aviasiyadan bizə bildiriblər ki, reanimatoloqlar briqadası uçuşa hazırdır” – deyə xəstənin bacısı bildirib. 

Rusiyanın Antalyadakı baş konsulluğundan bildiriblər ki, diplomatlar 34 yaşlı turistin vətəninə aparılması üçün sığorta şirkəti və aviadaşıyıcılarla danışıqlar aparırlar. 

“Problem ondadır ki, Maksimyuk Rusiyaya bazar ertəsi uçmalıdır. Biletlər xəstənin bacısının əlindədir. Onunla birlikdə Türkiyəyə istirahətə uşaq da gəlib” – deyə diplomatik missiyadan bildiriblər. 

May ayında başqa bir Surqut sakini İvan Tsivka Antalyaya səyahət zamanı kəllə-beyin travması almışdı. Kişi iki sutka ərzində komada qalmışdı. O, özünə gələrkən hadisənin necə baş verdiyin xatırlamamışdı. Hazırda o, Rusiyada reabilitasiya kursu keçir. 

785
Koronavirusdan ölən şəxsin meyiti, arxiv şəkli

Koronavirusdan ölənlər qəbirdən çıxarılır

47
(Yenilənib 08:18 26.11.2020)
Ekvador Prokurorluğu bu işə Los Seybos xəstəxanası yaxınlığındakı zibil qablarından 237 cəsədin parçalarının tapılmasından sonra başlayıb.

BAKI, 25 noyabr — Sputnik. Ekvador Prokurorluğu yeni tip koronavirus (COVID-19) pandemiyasının ən kritik günlərində həyatını itirənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün fəaliyyətə başlayıb. Sputnik Azərbaycan-ın Türkiyənin NTV kanalına istinadən verdiyi xəbərə görə, artıq bu məqsədlə Quayakil şəhərindəki qəbirlərin bir hissəsi eksqumasiya olunub.

Ekvador Prokurorluğunun sosial media vasitəsilə verdiyi açıqlamada "Hazırda Milli Ekspertiza Sisteminin dəstəyi ilə COVID-19 pandemiyası zamanı həyatını itirən şəxslərin kimliyini müəyyənləşdirmək üçün DNT nümunələri toplayırıq", - deyə bildirilir.

İndiyə kimi Quayakildəki Los Seybos xəstəxanasından aparılaraq basdırılmış 45 cəsəddən 18-i artıq qəbirdən çıxarılıb. Dauel qəsəbəsindəki La Avrora qəbirstanlığında isə eksqumasiya işlərinin bir neçə gün sonra başa çatdırılacağı bildirilib.

Qeyd edək ki, Ekvador Prokurorluğu istintaqa may ayında, Los Seybos xəstəxanası yaxınlığındakı zibil qablarından 237 cəsədin parçalarının tapılmasından sonra başlamışdı. Pandemiyanın geniş yayıldığı mart-aprel ayları ərzində ölkənin səhiyyə sistemi çökmüş, virusdan ölənlərin basdırılamasında isə böyük çətinlik yaranmışdı. Dövlət xəstəxanalarında cəsədlərin qarışıq düşməsi ilə yanaşı, evində ölənlərin meyitləri də toplanaraq günlərlə gözlədikdən sonra şəxsiyyətləri müəyyən olunmadan yandırılmışdı. Yaranan qarışıqlıq zamanı sistemdə ölü kimi qeydə alınan bəzi insanların sonradan əslində sağ olduqları üzə çıxdı. Bundan sonra Ekvador Prokurorluğu bütün məzarların bir-bir eksqumasiya olunması haqqında qərar verdi.

47
Teqlər:
zibil qabı, cəsəd, qəbir, ölənlər, COVID-19, Koronavirus, Ekvador
Qəza, arxiv şəkli

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib

14
(Yenilənib 19:52 25.11.2020)
Bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib. Onun sözlərinə görə, minik avtomobili ilə yük avtomobili toqquşub.

BAKI, 25 noyabr - Sputnik. Hava limanı şosesində (“Buta Palace” yaxınlığında şəhər mərkəzi istiqamətində) ağır yol-nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.

Onun sözlərinə görə, minik avtomobili ilə yük avtomobili toqquşub.

Hazırda yolda sıxlıq var.

14
Teqlər:
Bakı, qəza
Ağdamda Cümə məscidi, arxiv şəkli

Xalq artisti Ağdamda azan səsləndirib

0
(Yenilənib 13:57 26.11.2020)
Bundan başqa, 27 ildən sonra doğma torpağına ayaq basan xalq artisti sənət yoldaşı Təyyar Bayramovla "Qarabağ" mahnısını da ifa ediblər

BAKI, 26 noyabr — Sputnik. Əslən Ağdamdan olan Xalq artisti Mənsum İbrahimov öz doğma torpağına səfər edib. Ağdam məscidini ziyarət edən Xalq artisti orada azan səsləndirib.

Bundan başqa, 27 ildən sonra doğma torpağına ayaq basan xalq artisti sənət yoldaşı Təyyar Bayramovla "Qarabağ" mahnısını da ifa ediblər.

0
Teqlər:
Cümə məscidi, Mənsum İbrahimov, xalq artisti, azan, Ağdam