Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Nabranda dənizdə boğulan qadının cəsədi çıxarılıb

Abunə olmaq
Əliyeva Oksananın cəsədini taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər

BAKI, 13 avqust — Sputnik. Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Xaçmaz rayonu, Nabran kəndində 1 nəfərin dənizdə çimərkən batması barədə məlumat daxil olub.

Sputnik Azərbaycan-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq, 1993-cü il təvəllüdlü Əliyeva Oksananın cəsədini taparaq sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 12:50-də başa çatıb. 

Xəbər lenti
0