BAKI, 11 avqust — Sputnik. Goranboyda 1 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.
"Report"un məlumatına görə, hadisə rayonun Qızıl Hacılı kənd ərazisində baş verib.
Məlumata görə, kənd ərazisində "10-LL-351" və "60-BO-801" dövlət seriya nişanlı iki "VAZ-2107" markalı avtomobil toqquşub. Hadisə zamanı onlardan biri idarəetmədən çıxaraq yol kənarında olan piyada, 1960-cı il təvəllüdlü Afərin Xəlil qızı Həsənovanı vurub. Nəticədə o, ağır xəsarət alıb. A.Həsənova xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
BAKI, 23 yanvar — Sputnik. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Ağcabədi rayonunda su kanalında aşkar edilmiş qadın meyitinin çıxarılmasına köməklik göstərilməsi üçün müraciət daxil olub.
Sputnik Azərbaycan-ın məlumatına görə, müraciətlə əlaqədar Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri əraziyə cəlb olunub və həyata keçirilən tədbirlər nəticəsində 1982-ci il təvəllüdlü Cəfərova Xəyalə Zahir qızının meyidi su kanalından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
BAKI, 23 yanvar — Sputnik. Yanvarın 22-də saat 19 radələrində Abşeron rayonunun Saray qəsəbəsində 1972-ci il təvəllüdlü Bədirov Tofiq Güləli oğlunun yaşadığı evdə meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Abşeron rayon prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Aparılmış araşdırmalarla zərərçəkmişin qonşusu 2003-cü il təvəllüdlü Əliyev İsmayıl Nəvahi oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Tofiq Bədirovu boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.
İsmayıl Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.