Iğdır vilayəti yaxınlığındakı magistral yolda qəza

Dəhşətli avtobus qəzası: 36 nəfər öldü

36
(Yenilənib 10:18 11.08.2017)
Çendu-Loyan marşrutu ilə hərəkət edən avtobus tunelə daxil olduqdan sonra naməlum səbəbdən divara çırpılıb

BAKI, 11 avqust — Sputnik. Çinin Şensi əyalətində ötən axşam 36 nəfərin ölümü, 13 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.  

APA-nın verdiyi xəbərə görə, avtobusun iştirakı ilə qəza Pekin-Kunmin sürətli magistraldakı tuneldə baş verib.   

Xəsarət alanlar xəstəxanalara çatdırılıblar. Qəzanın səbəbləri araşdırılır.  

İlkin məlumata görə, Çendu-Loyan marşrutu ilə hərəkət edən avtobus tunelə daxil olduqdan sonra naməlum səbəbdən divara çırpılıb.

36