Замок на тюремной двери, фото из архива

Pensiya kartlarının qənimi ələ keçdi

97
Azərbaycanda 8 ay əvvəl baş vermiş qətlin üstü açılıb

BAKI, 10 avqust — Sputnik. Daxili İşlər Nazirliyi (DİN) və Respublika Baş Prokurorluğu Gədəbəy rayonunda 8 ay əvvəl baş vermiş cinayət hadisələrinin üstünün açılması ilə bağlı rəsmi məlumat yayıb.

Sputnik Azərbaycan-a daxil olan birgə məlumatda bildirilib ki, respublikanın daxili işlər və prokurorluq orqanlarının peşəkarlıqla həyata keçirdikləri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Gədəbəy rayonunda 2 quldurluq, həmçinin keçmiş illərdən bağlı qalmış 1 qətl hadisəsinin üstü açılıb.

Belə ki, cari il avqust ayının 5-də naməlum şəxs Gədəbəy rayonun İnəkboğan kənd sakini Əjdər Ələkbərovun evinə qanunsuz daxil olaraq ona qarşı zor tətbiq edib, müxtəlif xəsarətlər yetirərək pul tələb edib. Məqsədinə nail olmadıqda isə ev sahibinə məxsus 1 ədəd “NOKİA” markalı telefonu götürərək hadisə yerini tərk edib.

Faktla əlaqədar Gədəbəy Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 181.2.3-cü (quldurluq) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Keçirilən təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayət əməlini rayonun Qasımlı kənd sakini Babək Məmmədovun törətdiyi müəyyən olunub və o, polis əməkdaşları tərəfindən tutulub.

Avqustun 8-də təqsirləndirilən şəxs qismində cəlb edilməklə Babək Məmmədov barəsində rayon məhkəməsinin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

İlkin təhqiqat zamanı B.Məmmədovun rayon ərazisində daha bir anoloji hadisə və bir qəsdən adam öldürmə cinayəti törətməsi də müəyyənləşdirilib. Belə ki, ötən il noyabrın 26-da gecə vaxtı B.Məmmədov pəncərədən keçməklə rayonun Köhnəqışlaq kənd sakini Müşgünaz Məmmədovanın yaşadığı evə daxil olaraq onu bıçaqla hədələyib və pul tələb edib. O, evdən 50 manat pul, həmçinin evin sahibəsinə məxsus pensiya kartını quldurluq yolu ilə ələ keçirib.

Təqsirləndirilən şəxs B. Məmmədov istintaqa ifadəsində 2016-cı il dekabrın 13-də rayonun Qasımlı kənd sakini Səmayə Məmmədovanı yaşadığı evin həyətində tamah məqsədilə qətlə yetirdiyini də etiraf edib.

Hazırda göstərilən faktlar üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

97
Tüfəng, arxiv şəkli

Ağcabədi sakini qardaşı oğlunu güllələdi

34
Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib

BAKI, 20 oktyabr — Sputnik. Oktyabrın 19-da saat 20 radələrində Ağcabədi rayonu, Şənlik kəndi ərazisində kənd sakini Məmmədov Rəfail Həsən oğlunun odlu silahdan açılan atəş nəticəsində çoxsaylı xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Sputnik Azərbaycan-a Ağcabədi Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmişin əmisi Mamedov Ərəstun Mütəllim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı Rəfail Məmmədovu öldürmək məqsədilə kustar üsulla hazırlanan tüfəngdən atəş açaraq qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Ağcabədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib.

Ərəstun Mamedov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

34

Azərbaycanda Milli Park yanır

67
İlkin məlumata görə, təqribən 5 ha sahədə quru ot və kol-kos yanır. Yanğının baş verdiyi ərazi çətin keçilən mürəkkəb relyefdə yerləşir.

BAKI, 19 oktyabr - Sputnik. Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Quba rayonunun Xanəgah kəndində Şahdağ Milli Parkının ərazisində yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Sputnik Azərbayca-a verilən məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri, Mülki müdafiə qoşunlarının şəxsi heyəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları yanğınsöndürmə işlərinə cəlb ediliblər. İlkin məlumata görə, təqribən 5 ha sahədə quru ot və kol-kos yanır.

Yanğının baş verdiyi ərazi çətin keçilən mürəkkəb relyefdə yerləşir. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

67
İlham Əliyev, arxiv şəkli

Dövlət başçısı: Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır

0
Ölkə başçısı Azərbaycan vətəndaşlarının bu gün işğaldan azad edilmiş bütün torpaqlara qayıdacağına əmin olduğunu vurğulayıb.

BAKI, 21 oktyabr — Sputnik. "Öz doğma torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı həmin torpaqlara qayıtmaq arzusu ilə yaşayıb".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev öz "Twitter" hesabında yazıb.

Ölkə başçısı Azərbaycan vətəndaşlarının bu gün işğaldan azad edilmiş bütün torpaqlara qayıdacağına əmin olduğunu vurğulayıb.

"Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü", - deyə o əlavə edib.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə