Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Türkiyənin turizm cənnətində vahiməli anlar

© Photo : DHA-Depo Photos via APBodrumda zəlzələ, arxiv şəkli
Bodrumda zəlzələ, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Professor: "Zəlzələnin gücü getdikcə artacaq"

BAKI, 8 avqust — Sputnik. Türkiyənin turizm cənnətlərindən olan Bodrumda ard-arda zəlzələlər baş verir. Gecə saatlarından başlayan təkanlar insanları təşvişə salıb. Kandilli rəsədxanasından verilən məlumata görə, ən güclü təkan 5,3 ballıq, ilk təkan isə 4,4 olub. Sakinlər gecəni küçədə keçiriblər və hazırda da küçələrdədirlər.

İstanbul Universitetindən professor Oğuz Gündoğdu "Milliyet"ə verdiyi açıqlamada zəlzələ ilə bağlı qorxunc proqnoz verib. O bildirib ki, hazırkı tendensiya saxlanarsa, yəni, zəlzələ quru ilə Bodrumdan Muğla istiqamətinə irəliləyərsə, onların gücü də artacaq.

Xəbər lenti
0