Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Şamaxıda dəhşətli partlayış, yaralını təcili Bakıya gətirdilər

© Sputnik / Murad OrujovTəcili yardım maşını, arxiv şəkli
Təcili yardım maşını, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 8 avqust — Sputnik. Şamaxı rayonunda evdə partlayış olub. Hadisə rayonun Şəhriyar qəsəbəsində baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, qəsəbə sakini, 1970-ci il təvəllüdlü Abasxani Xədicə Əli qızı yaşadığı evin hamam otağında kustar üsulla hazırlanmış su qızdırıcısını işə salmaq istəyərkən ehtiyatsızlığa yol verib. Qadın sobaya gələn qaz xəttini açıb və yığdığı odunun üstünə benzin töküb, nəticədə ocağı alışdıran zaman partlayış baş verib. Hadisə zamanı 40 yaşlı qadın bədəninin II və III dərəcəli yanıq diaqnozu Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər ona ilkin tibbi yardım göstərib, lakin bədənin 65 faizi yandığı üçün qadının vəziyyəti getdikcə ağırlaşıb və o təcili olaraq Bakı şəhəri 5 saylı Yanıq Mərkəzinə aparılıb.

Faktla bağlı Şamaxı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti
0