Yanğın olub

Bakıda bazar yandı

228
Yanğına səbəb kafelərdən birində baş vermiş elektrik qısaqapanması olub

BAKI, 7 avqust — Sputnik. Bakının Sabunçu rayonunda, Əsildar Məmmədəliyev küçəsində yerləşən ticarət mərkəzindəki yanğın 200 kvadrat metr ərazidə baş verib.

Hadisə "Sabunçu bazarı"nda qeydə alınıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidməti rəsmisinin "Report"a verdiyi məlumata görə, yanğının qarşısı alınıb. 

İlkin ehtimala görə, yanğına səbəb kafelərdən birində baş vermiş elektrik qısaqapanması olub. Əraziyə 7 yanğınsöndürən texnikası və canlı qüvvə cəlb edilib.

228
Teqlər:
Yanğın, FHN-in Dövlət Yanğından Mühafizə Xidməti, Bakı, Sabunçu rayonu
Əlaqədar
Universitetin yanğın baş verən yataqxanasında tələbələr...
FHN Sumqayıtda yataqxanada yanğın barədə rəsmi məlumat yaydı
Dünyanın ən hündür binasında yanğın
Gecə başlayan güclü yanğın söndürülüb