Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Dəhşətli faciədə bir ailənin 9 üzvü həlak oldu

© Sputnik / Natalya Seliverstova / Mediabanka keçidMoskvada təcili tibbi yardım maşını
Moskvada təcili tibbi yardım maşını - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir

BAKI, 7 avqust — Sputnik. Rusiyanın Başqırdıstan Respublikasında fərdi evdə baş verən yanğın nəticəsində 9 nəfər ölüb.

Bu barədə RİA Novosti-yə Başqırdıstan FHN-nin mətbuat katibi Yelena Mavlyutova bildirib.

“Hadisə Birsk rayonunda baş verib. Yanğın nəticəsində 5 həddi-buluğa çatmamış uşaq daxil olmaqla, bir ailənin 9 üzvü yanaraq ölüb” — deyə Mavlyutova qeyd edib. 

Onun sözlərinə görə, hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Yanğının səbəbləri araşdırılır.

Xəbər lenti
0