Xəstəxana. Arxiv şəkli

Davada xəsarət almış yaralı xəstəxanadan qaçdı

107
(Yenilənib 22:21 06.08.2017)
Tovuzda qonşusu ilə dava zamanı xəsarət almış yaralı xəstəxanadan qaçıb

BAKI, 6 avqust — Sputnik. Tovuz rayonunda qonşusu ilə dava zamanı xəsarət almış Vüqar Vaqif oğlu Əsgərov xəstəxanada tibbi yardımdan imtina edib.

"Report" xəbər verir ki, V.Əsgərov ona tibbi yardım göstərən həkimlərlə mübahisə edib. O, bundan sonra xəstəxanadan qaçıb.

Qeyd edək ki, V.Əsgərov qonşusu ilə Nəriman Nərimanov küçəsində dava edib. Bu zaman o, üz və çənə nahiyəsindən kəsici alətlə xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

107