Sumqayıt Dövlət Universitetinin yataqxanası baş vermiş yanğından sonra

Yataqxanadakı yanğından ziyan görənlərin bir problemi həll olundu: rəsmi

132
Ötən gün Sumqayıt şəhərindəki 8-ci mikrorayonda yerləşən Dövlət Universitetinin Yataqxanasının 3-cü mərtəbəsində elektrik xəttində əmələ gələn qısa qapanma nəticəsində yanğın baş vermişdi

BAKI, 6 avqust — Sputnik. Sumqayıt Dövlət Universitetinin yataqxanasında dünən baş verən yanğın nəticəsində küçədə qalmağa məcbur olan sakinlər üçün çadır şəhərciyi salınır. Çadırlar hazır olduqca, sakinlər ora köçürüləcək.

Bu barədə məlumatı Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi verib. 

Xatırladaq ki, sakinlər bu gün Sputnik Azərbaycan-a küçədə qaldıqlarından, heç kəsin onlarla maraqlanmadığından şikayətlənmişdilər. FHN nümyəndəsi deyib ki, sakinlər bina təmir olunana qədər müvəqqəti olaraq çadır şəhərciyində məskunlaşdırılacaqlar. 

Ötən gün Sumqayıt şəhərindəki 8-ci mikrorayonda yerləşən Dövlət Universitetinin Yataqxanasının 3-cü mərtəbəsində elektrik xəttində əmələ gələn qısa qapanma nəticəsində yanğın baş vermişdi. Hadisə yerinə cəlb edilən FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin bir neçə yanğınsöndürmə briqadası binanın sakinlərini təxliyə ediblər.

Aralarında polisin və FHN əməkdaşlarının da olduğu 10 nəfərin yanğın zamanı tüstüdən zəhərlənərək xəstəxanaya çatdırıldığı bildirilir.

Yanan binada 114 məcburi köçkün ailəsi məskunlaşıb, digər 8 ailə yerli sakinlərdir.

132
Əlaqədar
Yanan yataqxananın sakinləri: qorxuruq...
FHN Sumqayıtda yataqxanada yanğın barədə rəsmi məlumat yaydı
Sumqayıtda yataqxanada partlayış: ölən və yaralananlar var
Universitetin yanğın baş verən yataqxanasında tələbələr...