Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Zaqatalada dəhşətli qəza: ölənlər var

© Sputnik / Ilham MustafayevQəza zamanı yararsız hala düşmüş "VAZ-21011"
Qəza zamanı yararsız hala düşmüş VAZ-21011 - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır

BAKI, 5 avqust — Sputnik. Zaqatalada ağır yol qəzası baş verib.

APA-nın məlumatına görə, hadisə Yevlax- Zaqatala — Gürcüstan magistral yolunun 108-ci kilometrliyində qeydə alınıb.

“VAZ-2106" markalı “62 BX 409” dövlət nömrə nişanlı minik maşının idarəetməni itirərək yol kənarındakı ağaca çırpılması nəticəsində avtomobilin sürücüsü, Zaqatala rayonunun Aşağı Tala kənd sakini, 1988-ci il təvəllüdlü Qaracayev Taleh Aslanbəy oğlu hadisə yerində ölüb. Avtomobilin sərnişini, 1988-ci il təvəllüdlü Aşağı Tala kənd sakini Yunusov Qismət Ziyəddin oğlu xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Xəbər lenti
0