Parfümeriya dükanı, arxiv şəkli

Bakıda məşhur parfümeriya dükanı talan olunub

277
Şirkətin kassasındakı vəsait sirli şəkildə yoxa çıxıb

BAKI, 4 avqust — Sputnik. Bakının mərkəzində, Nizami küçəsində yerləşən "La Parfumerie" şəbəkəsinin mağazasından külli miqdarda vəsaitin oğurlanması barədə fakt aşkarlanıb. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Məlumata görə, mağazanın sahibinin 159 min 472 manatını aparıblar. Firmanın sahibi Arif Vəliyev polisə vəsaitlərin oğurlanmasında, 1990-cı il təvəllüdlü xəzinədarı Nəzakət Namazovadan şübhələndiyini bildirib. Vəliyevin sözlərinə görə, pullar 2016-cı ilin fevralından başlayaraq sirli şəkildə yoxa çıxırdı və həmin hal bu ilin iyuluna qədər davam edib.

Hazırda faktla bağlı Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə cinayət içi açılıb. Bakı Şəhər Baş Polis İdarəsinin Təhqiqat və İstintaq İdarəsi faktla bağlı araşdırma aparır. Namazovanın dələduzluqda əlinin olub-olmaması məsələsi araşdırılır.

Qeyd edək ki, hələlik şübhəli qismində heç kəs saxlanılmayıb. Arif Vəliyev özü isə Sputnik Azərbaycan-a bildirib ki, istintaq maraqlarına görə, külli miqdarda vəsaitin oğurlanması faktı ilə bağlı əlavə heç nə deyə bilməz.

277
Teqlər:
"La Parfumerie" şəbəkəsinin mağazası, oğurluq, Sputnik Azərbaycan, mağaza, pul, Bakı
Əlaqədar
DTX bankı qarət edən cinayətkar qrupu zərərsizləşdirib
Bakıda qızlar xarici vətəndaşı qarət etdilər
Milyarderin malikanəsini qarət etdilər
Bakıda cinsi azlığın mənzilini qarət etdilər
Naziri küçədə qarət etdilər
Gecə vaxtı yol, arxiv şəkli

Xalq artisinin qardaşı intihara cəhd etdi

35
(Yenilənib 21:20 27.11.2020)
Canına qəsd etmək istəyən kişi xəsarət alaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib

BAKI, 27 noyabr - Sputnik. Xalq artisti Əlixan Səmədovun qardaşı, 1966-cı il təvəllüdlü Vəlixan Səmədov özünü Sumqayıtda, Sülh küçəsində avtomobilin altına atıb. 

Sputnik Azərbaycan APA-ya istinadən bildirir ki, canına qəsd etmək istəyən V.Səmədov xəsarət alaraq Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.  

Faktla bağlı araşdırma aparılır.

35
Teqlər:
xəsarət, avtomobil, intihara cəhd, qardaş, xalq artisti
Narkotik, arxiv şəkli

İranla sərhəddə iki qardaş tutuldu

9
(Yenilənib 17:27 27.11.2020)
Əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədini pozmaqda şübhəli bilinən Astara rayonunun Rüdəkəran kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Mərhəmət Təyyubulla oğlu saxlanılıb.

BAKI, 27 noyabr — Sputnik. Noyabrın 18-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində 2 nəfərin dövlət sərhədini pozması əlamətləri aşkarlanıb.

Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

Əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədini pozmaqda şübhəli bilinən Astara rayonunun Rüdəkəran kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Mərhəmət Təyyubulla oğlu saxlanılıb, onun yaşadığı mənzilə baxış keçirilərkən 0,5 kq narkotik vasitə "heroin" və 115 ədəd "Metadon-40" həbləri aşkar olunaraq götürülüb.

  • Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində saxlanılan şəxs
    © State Border Service of Azerbaijan Republic
  • Saxlanılan şəxslərdən götürülən narkotik maddə
    © State Border Service of Azerbaijan Republic
  • Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində saxlanılan şəxs
    © State Border Service of Azerbaijan Republic
1 / 3
© State Border Service of Azerbaijan Republic
Astara rayonunun Qapıçıməhəllə kəndi yaxınlığındakı sərhəd zastavasının xidməti ərazisində saxlanılan şəxs

Dindirmə zamanı M.Məmmədov dövlət sərhədini qardaşı, Astara rayonunun Rüdəkəran kənd sakini, 1981-ci il təvəllüdlü Məmmədov Seymur Təyyubulla oğlu ilə birlikdə qanunsuz olaraq keçdiyini etiraf edib.

Daxili İşlər Nazirliyinin Astara rayon şöbəsinin əməkdaşları ilə birgə keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində S.Məmmədov yaşadığı evdə saxlanılıb, araşdırma zamanı onun əvvəllər dəfələrlə oğurluq cinayəti törətdiyinə görə məhkum olunması müəyyənləşdirilib.

Fakt üzrə cinayət işi başlanılıb, vətəndaş M.Məmmədov və S.Məmmədov təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbiri seçilib.

Əməliyyat-istintaq tədbirləri davam etdirilir.

9
Teqlər:
qardaşlar, sərhəd, Astara, İran, narkotacir
Azərbaycan hərbçiləri Kəlbəcərdə, arxiv şəkli

İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb - VİDEO

9
(Yenilənib 09:51 28.11.2020)
Azərbaycanın Kəlbəcər rayonu üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq, noyabrın 25-də erməni işğalından azad edilib.

BAKI, 28 noyabr - Sputnik. İşğaldan azad olunan Kəlbəcər şəhərində Azərbaycan bayrağı qaldırılıb.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Həmin möhtəşəm kadrları təqdim edirik.

9
Teqlər:
Azərbaycan bayrağı, Müdafiə Nazirliyi, Üçtərəfli bəyanat, Kəlbəcərin azad olunması