Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dövlət Xidmətinə iki həyəcan siqnalı daxil olub

© AR Ministry of Defense“SB-45” xilasetmə yedək gəmisi
“SB-45” xilasetmə yedək gəmisi - Sputnik Azərbaycan
Abunə olmaq
Əməliyyatçılar dərhal hərəkətə keçiblər

BAKI, 2 avgust — Sputnik. Bu gün səhər saatlarında, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar. Əməliyyat saat 10:20-də başa çatıb.

Bundan başqa, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə, Şirvan şəhərində 2 nəfərin çayda çimərkən batma təhlükəsi ilə üzləşməsi barədə də məlumat daxil olub. Dərhal Xidmətin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar. Əməliyyat saat 10:32-də başa çatıb.

Xəbər lenti
0