Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Dəniz kənarında cəsəd tapıldı

© Sputnik / Irade JELILBuzovna çimərlik
Buzovna çimərlik - Sputnik Azərbaycan
Abunə olmaq
Dərhal hadisə yerinə xilasedicilər cəlb olunub

BAKI, 1 avqust — Sputnik. Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Sabunçu rayonunda dəniz kənarında 1 nəfərin cəsədinin göründüyü barədə məlumat daxil olub.

FHN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri 1965-ci il təvəllüdlü, Azad Məmmədovun cəsədini sahildən taparaq aidiyyəti üzrə təhvil veriblər.

Xəbər lenti
0