Daxili İşlər Nazirliyi

Bir qətlin izi ilə...

54
DİN Hacıqabulda keçirilmiş xüsusi əməliyyatla bağlı məlumat yayıb

BAKI, 31 iyul — Sputnik. Daxili İşlər Nazirliyi Hacıqabulda keçirilmiş xüsusi əməliyyatla bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, ictimai asayişin və təhlükəsizliyin etibarlı təmin edilməsi, əllərdə olan odlu silah-sursatın və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizənin daha da gücləndirilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin müvafiq qurumları Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə rayonda əməliyyat-axtarış və profilaktik tədbirlər həyata keçiriblər.

Nəticədə şübhəli şəxs qismində hər biri əvvəllər məhkum olunmuş 11 nəfər saxlanılıb. Baxış zamanı onların üzərindən və yaşadıqları mənzillərdən 1 ədəd avtomat silah, 1 "Makarov" tipli tapança, 4 qumbara, 60 patron, 2 patron darağı və ümumi çəkisi 5 kiloqrama yaxın müxtəlif növ yüksək təsiredici narkotik vasitələr aşkar edilərək götürülüb.

Qeyd olunan faktlar üzrə cinayət işləri qaldırılıb, zəruri əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

54
Teqlər:
narkotik vasitələr, avtomat silah, ictimai asayiş, şübhəli şəxs, Profilaktik tədbirlər, Hacıqabul Rayon Polis Şöbəsi, Daxili İşlər Nazirliyi, Hacıqabul
Əlaqədar
Hacıqabulda silahlı insident oldu, bir ailənin 5 üzvü öldü
Xırdalanda dağılmış mənzilin yaxınlığnda

Dağıntılar altında qalan azyaşlının meyiti çıxarıldı

11
(Yenilənib 15:58 26.01.2021)
FHN xilasediciləri 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızının meyitini dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər

BAKI, 26 yanvar — Sputnik. Xırdalanda partlayış baş verən evin dağıntıları altında qalan daha bir nəfərin meyiti tapılıb. Sputnik Azərbaycan-ın məlumatına görə, FHN xilasediciləri 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızının meyitini dağıntılar altından çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Xatırladaq ki, ötən gün axşam saatlarında Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Nəticədə uçqun olub. FHN xilasediciləri dağıntılar altından 6 nəfəri xilas edib, 2 nəfərin cəsədini çıxarıblar.

11

Xırdalanda evin partladığı yerdə baş verir video

22
Hazırda Abşeron rayonunun Xırdalan şəhərində dünən partlayış baş verən ərazidə axtarış-xilasetmə işləri davam edir. Sputnik Azərbaycan-ın çəkiliş qrupu hadisə yerində olub.

Hadisə Xırdalanın 27-ci məhəlləsində ikimərtəbəli evdə baş verib. Partlayış dalğasından yaxınlıqdakı çoxmərtəbəli binaların şüşələri sınıb.

Hazırda qalıqlar altında olduğu güman edilən uşağın xilas edilməsi üçün işlər davam etdirilir. İndiyədək altı nəfər xilas edilib, bir nəfərin isə cəsədi tapılıb.

22

Azərbaycanda koronavirus: yoluxma sayı yenə üçrəqəmliyə qalxdı

0
İndiyədək ölkədə ümumilikdə 229 358 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 221 116 nəfər müalicə olunaraq sağalıb, 3 100 nəfər vəfat edib

BAKI, 26 yanvar - Sputnik. Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 326 yeni yoluxma faktı qeydə alınıb, 551 nəfər müalicə olunaraq sağalıb. Qeyd edək ki, yanvarın 25-də bir sutkada yoluxanların sayı 57 idi. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Sputnik Azərbaycan-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 229 358 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 221 116 nəfər müalicə olunaraq sağalıb, 3 100 nəfər vəfat edib, aktiv xəstə sayı 5 142 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7 807, ötən müddət ərzində isə ümumilikdə 2 372 616 test aparılıb.

0
Teqlər:
ölənlər, yoluxma, Azərbaycan, statistika, Koronavirus, epidemiya, COVID-19
Mövzu:
Azərbaycanda koronavirus: son xəbərlər