Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Antalyada otel yandı

© Sputnik / Vladimir Vyatkin / Mediabanka keçidПляж одного из курортов Антальи
Пляж одного из курортов Антальи - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisədə 10-u türk, 4-ü rus vətəndaşı olmaqla 14 nəfər yaralanıb

BAKI, 29 iyul — Sputnik. Türkiyənin Antalya vilayətinin Kemer rayonunda beşulduzlu oteldə yanğın baş verib. Sputnik Azərbaycan "Milliyet"-ə istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda yanğınsöndürən və xilasedici cəlb olunub. 400 nəfər yerli və xarici turist oteldən təxliyə edilib.

Məlumata görə, yanğın otelin 1-ci mərtəbəsindəki mətbəx bölməsində meydana gəlib.

Hadisədə 10-u türk, 4-ü rus vətəndaşı olmaqla 14 nəfər yaralanıb.

Hadisənin səbəbləri araşdırılır.

Xəbər lenti
0