Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

İki nazirliyin əməkdaşları birgə reyd keçiriblər

© Sputnik / Vitaly Ankov / Mediabanka keçidNarkotik tərkibli çətənə kollarının məhvi
Narkotik tərkibli çətənə kollarının məhvi - Sputnik Azərbaycan
Abunə olmaq
Xeyli sayda narkotik tərkibli bitki məhv edilib

BAKI, 28 iyul — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Yevlax Meşə Mühafizəsi və Bərpası Müəssisəsinin və Yevlax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Yevlax rayonunun meşə ərazisində birgə reyd keçirilib. Nazirliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, reyd zamanı Cırdaxan meşəbəyliyinin 6 saylı dolayında 13 ədəd yabanı halda bitən çətənə kolu aşkar olunub və yandırılaraq məhv edilib.

ETSN-in tabeliyində olan bütün ərazilərdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotik xassəli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi yerlərin müəyyən edilməsi istiqamətində mütəmadi reydlər keçirilir.

Xəbər lenti
0