Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Su quyusundan meyit çıxdı

CC0 / PublicDomainPictures / wellКолодец, фото из архива
Колодец, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Dərhal FHN əməkdaşları hadisə yerinə yollanıblar

BAKI, 28 iyul — Sputnik. Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Masallı rayonu, Yeyənkənd kəndində 1 nəfərin su quyusuna düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. FHN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasedicilər hadisə yerinə cəlb olunaraq, dərinliyi 22 metr olan su quyusundan 1974-cü il təvəllüdlü Əsədov Bulud Qurban oğlunun cəsədini çıxaraq aidiyyətı üzrə təhvil veriblər.

Xəbər lenti
0