Птицефабрика, фото из архива

Cənub bölgəsində partlayış: ölən yaralananlar var

352
(Yenilənib 15:51 27.07.2017)
Hazırda prokurorluq və polis əməkdaşları hadisə yerindədirlər

BAKI, 27 iyul — Sputnik. Lerik rayonunda partlayış baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Piran kəndində baş verib.

Broyler fabrikinin kəsim sexində qaz sızmasından baş verən partlayış nəticəsində 1 nəfər ölüb, iki nəfər xəsarət alıb. Yaralılar Lerik rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hadisə nəticəsində ölən və xəsarət alanların hamısı rayonun Piran kənd sakinləridir. Hazırda Lerik Rayon Prokurorluğu, rayon Polis Şöbəsi və İcra Hakimiyyətinin məsul şəxsləri hadisə yerindədirlər. Faktla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, partlayış nəticəsində həyatını itirən şəxs mexanik, Lerik rayon Piran kənd sakini, 1982-ci il təvəllüdlü Valeh Məmmədovdur. Yaralananlar isə Lerik rayonu Piran kənd sakini, 1978-ci il təvəllüdlü Mehman Əliyev (fəhlə), Piran kəndinin digər sakini, 1975-ci il təvəllüdlü Akif Aslanovdur Akif (fəhlə). Bundan əlavə, daha 3 nəfər yüngül xəsarət alıb, onlara yerindəcə ambulator yardım edilib və evlərinə buraxılıblar.

352
Teqlər:
ölən, Lerik rayonu, partlayış, xəsarət
Əlaqədar
İcra başçısının müavininin evi önündə partlayış törədildi
Qaz sızması partlayışa səbəb oldu
Qaçqın düşərgəsində partlayış törədildi, ölənlər var
Partlayışda ölənlərin sayı artır