Yanğın

"Azərişıq"ın əmlakı yanıb

492
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub

BAKI, 25 iyul — Sputnik. Ağcabədi rayonu, Avşar kəndində "Azərişıq" ASC-yə məxsus transformatorun 1 ədəd elektrik şiti, qoruyucu açarı və 5 p.m giriş kabeli yanıb. Bu barədə Sputnik Azərbaycan-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Transformatorun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 23:52-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

492
Teqlər:
yanğın, transformator, "Azərişıq" ASC, Avşar kəndi, Ağcabədi rayonu
Əlaqədar
Rusiyada yanğında azərbaycanlı ailəsi həlak olub
Bakıda çoxmərtəbəli yaşayış binasındakı yanğın söndürüldü
Bakıda yaşayış binası yanır
Dəhşətli yanğında 4 uşaq həlak oldu
Qax Mərkəzi Rayon Xəstəxanasında yanğın olub
Yenə penoplast üzlük, yenə yanğın
Qadın pəncərə yaxınlığında, arxiv şəkli

Bakıda daha bir intihar - özlərini eyni üsulla öldürdülər

53
(Yenilənib 19:55 26.01.2021)
Hadisə yanvarın 26-sı saat 17 radələrində paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsində qeydə alınıb

BAKI, 26 yanvar - Sputnik. Bakıda daha bir intihar hadisəsi baş verib.

Sputnik Azərbaycan "Report"a istinadən xəbər verir ki, hadisə yanvarın 26-sı saat 17 radələrində paytaxtın Binəqədi rayonu, S.S.Axundov küçəsində qeydə alınıb.

Bakı sakini, 1983-cü il təvəllüdlü Məmmədzadə Səbinə Adil qızı yaşadığı çoxmərtəbəli binanın 6-cı mərtəbəsindən özünü ataraq intihar edib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.

Qeyd edək ki, iki gün əvvəl Bakının Nərimanov rayonunda oxşar intihar hadisəsi olmuşdu. 1991-ci il təvəllüdlü Qurbanova Sevda Şikar qızı özünü yaşadığı binanın 18-ci mərtəbəsindən atmış, hadisə yerində keçinmişdi.

53
Teqlər:
qadın, Bakı, intihar

Can bazarında axtarışlar: Xırdalanda xilasetmə işləri - FOTO

18
(Yenilənib 17:35 26.01.2021)
On səkkiz saat davam edən axtarışlardan sonra FHN-in xilasediciləri körpə Fatimənin cansız bədənini dağıntılar arasından çıxara bildilər

Yanvarın 25-i saat 18:40-da Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində partlayış baş verib. Nəticədə uçqun olub. FHN xilasediciləri dağıntılar altından 6 nəfəri xilas ediblər. İki nəfər isə təəssüf ki, həlak olub. 

Sputnik Azərbaycan bildirir ki, həlak olanlardan biri - 2012-ci il təvəllüdlü Musayeva Fatimə Vüsal qızının meyitini xilasedicilər bu gün günorta saatlarında dağıntılar arasından çıxara biliblər. Fatimənin anası, 33 yaşlı Aytən Musayevanın meyiti isə dünən gecə saatlarında tapılıb. Onun həyat yoldaşı, 38 yaşlı Vüsal Musayev və 12 yaşlı oğlu Firudin Musayev partlayışdan sağ qurtulsalar da, xəsarət aldıqlarından xəstəxanaya yerləşdiriliblər. 

Dağıntılar arasında axtarışlara Fövqəladə Hallar Nazirliyinin 228 əməkdaşı, eləcə də 19 texnikası, dörd xidmət iti, həmçinin Dövlət Yanğından Mühafizə Xidmətinin 20 əməkdaşı və 3 ədəd texnikası cəlb edilmişdi.

18
  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

  • © Sputnik / Murad Orujov

    Xırdalanda hadisə yerində

Teqlər:
fotolent, axtarış, xilasedicilər, dağıntılar, partlayış, Xırdalan
Yaponiyada qoruyucu maskada olan insanlar

Avropanın "ağ siyahısı": yaponları oradan silirlər

0
(Yenilənib 00:58 27.01.2021)
Avropa Birliyi sərhədlərini Yaponiya vətəndaşlarının üzünə bağlamağa hazırlaşır. Bu ölkənin "ağ siyahı"dan çıxma ehtimalı yüksəkdir

BAKI, 27 yanvar - Sputnik. Avropa Birliyi ölkələrinə gəlməyə icazəsi olan insanların siyahısından Yaponiya vətəndaşları çıxarıla bilər.

Sputnik Azərbaycan bildirir ki, Avropa Birliyinin bu niyyəti barədə Bloomberg öz mənbələrinə istinadən yazır. 

Agentliyin məlumatına görə, bu qərar Yaponiyada koronavirusa yoluxmanın artması ilə bağlıdır.  

Mənbə bildirib ki, Avropa Birliyinin yenilənmiş "ağ siyahısı"nda cəmi yeddi ölkə olacaq və yalnız bu ölkələrin vətəndaşları AB-yə üzv ölkələrə səyahət edə biləcəklər. 

Siyahıdakı "xoşbəxtlər" isə Avstraliya, Çin, Yeni Zelandiya, Ruanda, Sinqapur, Cənubi Koreya və Tailanddır. COVID-19-a yoluxma sayının kəskin artması səbəbindən Böyük Britaniya bu siyahını yanvarın 1-dən tərk edib. 

0
Teqlər:
Koronavirus, qadağa, Avropa Birliyi, vətəndaşlar, Yaponiya
Mövzu:
Yeni tip koronavirus pandemiyası