Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Kişi ailə üzvlərini qanlarına qəltan etdi

© Sputnik / Ramil IbrahimovBərdə rayonu
Bərdə rayonu - Sputnik Azərbaycan
Abunə olmaq
Sonda özü də intihar edib

Ramil İbrahimov, Sputnik Azərbaycan

BAKI, 24 iyul — Sputnik. Bərdədə ailə başçısı ailə üzvlərinə qəsd edib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Hacallı kəndində qeydə alınıb.

Dünən gecə saatlarında Saday Əliyev həyat yoldaşının, oğlunun və qızının başına gürzlə zərbə endirərək öldürməyə cəhd göstərib. Daha sonra özünü asaraq intihar edib.

Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasına gətiriliblər. Saday Əliyevin həyat yoldaşı Gülbəniz Mehdiyevanın həyatını xilas etmək mümkün olmayıb.

Xəstəxanadan əldə etdiyimiz məlumata görə, digər iki yaralının (Əliyev Murad Saday oğlu və Əliyeva Məleykə Saday qızı) vəziyyətləri ağır olaraq qalır. Hazırda baş vermiş hadisə ilə bağlı hüquq mühafizə orqanları araşdırma başladıb.

Xəbər lenti
0