Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

"Evdə tək" filminin qəhrəmanı ölü tapıldı

© kinokopilka.proAktyor Con Herd
Aktyor Con Herd - Sputnik Azərbaycan
Abunə olmaq
Onun ölümünün səbəbləri bilinmir

BAKI, 22 iyul — Sputnik. Azərbaycan tamaşaçılarına yaxşı tanış olan "Evdə tək" filmində Kevin Makkalisterin atası Piterin rolunu ifa etmiş aktyor Con Herd Kaliforniyadakı otellərdən birində ölü olaraq tapılıb.

ABŞ mətbuatının yazdığına görə, Herd iyulun 19-da belindən yüngül əməliyyat olunduqdan sonra oteldə istirahət edirmiş. Onun ölümünün səbəbləri bilinmir.

Con Herdin 72 yaşı olub. O, "Evdə tək"dən əlavə "Qladiator", "Böyük", "Soprano klanı" kimi film və seriallarda rol alıb.

© kinokopilka.proAktyor Con Herd
Aktyor Con Herd - Sputnik Azərbaycan
Aktyor Con Herd

Xəbər lenti
0