Hummer, arxiv şəkli

Bakıda quldurlar məşhur vəkilin "Hummer"inə hücum ediblər

851
Quldurlar vəkilin maşınının qapısını qırmaq üçün uzun müddət əlləşiblər, lakin vəkil onlardan xilas olmağı bacarıb

BAKI, 21 iyul — Sputnik. Hələ 2015-ci ildə ekspertlər xəbərdarlıq etmişdilər ki, maliyyə böhranı Azərbaycana işsizlik gətirəcək və bunun nəticəsi olaraq da kriminogen vəziyyət ağırlaşacaq. Görünür, ekspertlər öz proqnozlarında yanılmayıblar və vəziyyət yaxşılığa doğru dəyişmir ki, dəyişmir. Ona görə də, ictimai təhlükəli kriminal elementlər günün günorta çağı öz əməllərini törətməyə başlayıblar. Azsavadlı, karyera imkanları məhdud insanların aşağı sosial statusu gəncləri mütəşəkkil cinayətkarlığa doğru itələyir…

Binəqədi rayonu ərazisində hədə-qorxu yolu ilə soyğunçuluq faktı qeydə alınıb. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

İlkin məlumata görə, cinayət iyulun 19-u, saat 17:30 radələrində Beynəlxalq avtovağzalın ərazisində baş verib. "Ford Focus" markalı 10 XJ 218 dövlət nömrə nişanlı avtomobilin yanında dayanan iki kişi "Hummer" markalı avtomobili saxlayaraq sürücüdən yardım istəyiblər. Bahalı avtomobilin sahibi maşını saxlayan kimi kişilər qapını sındırmağa cəhd ediblər. Onlar Həbilova fiziki təzyiq göstərərək ondan pul tələb ediblər. Zərərçəkmiş quldurlardan yaxa qurtara bilib. 

Bununla belə, zərərçəkmiş "Hummer" sahibinin məşhur vəkil Əlirza Həbilov olduğu məlum olub. Vəkil Sputnik Azərbaycan-a cinayətin detalları barədə danışıb.

Cinayətkarlar öz maşınlarını yolun sağ tərəfindəki T-şəkilli yol kəsişməsində, müşahidə kameralarının olmadığı yerdə saxlayıblar. Həmin vaxt vəkil Sumqayıtdan Apellyasiya Məhkəməsindən qayıdırmış. "Ceyranbatan" su anbarının yaxınlığında ağır yol-nəqliyyat hadisəsinin şahidi olub.

"Avtovağzaldan "Sədərək" ticarət mərkəzi istiqamətində bildiyiniz kimi, yeni yol haçalanır. Onlar orada pusqu qurmuşdular. Əvvəla qeyd edim ki, mən qayıdanda Lexus markalı maşınla yük maşınının toqquşduğunu gördüm. Bu səbəbdən 20 yanvar istiqamətində böyük tıxac yaranmışdı. Avtovağzalın yanında mən dolayı yolla getmək qərarına gəldim və kifayət qədər boş olan yeni yoldan istifadə etdim. Elə təzəcə təpədən enmişdim ki, 20 metr irəlidə yolun kənarında dayanmış maşını gördüm. Maşının yük yeri, eləcə də bütün yan qapıları açıq idi. Mən sonra başa düşdüm ki, bu, maşının markasını və dövlət nömrə nişanını gizlətmək məqsədilə edilib" — deyə vəkil bildirib.

Həbilovun sözlərinə görə, sükanın arxasında sürücü oturub, onun yanında isə saqqallı kişi dayanıb. Onlar "Hummer"i görən kmi saqqallı yolu bağlayıb. Həbilov yavaş sürətlə gedirmiş və yolda kişini görən kimi əyləci basıb. Amma mühərriki söndürməyib. Vəkil bir qədər şüşəni aşağı endirib və əli ilə kişiyə işarə edib ki, onu eşitməyə hazırdır. Saqqallı kişi isə maşına sol tərəfdən deyil, sağ tərəfdən yaxınlaşıb. O, maşının qapısına əl ataraq onu açmağa cəhd edib. 

"Bu məni şübhələndirdi. Mən sağ qapının şüşəsini bir qədər endirdim ki, o, əlini keçirə bilsin. "Sən bizə pul verməlisən" — deyə o, bildirdi. Mən soruşdum ki, "niyə?" "Sən bilmirsən niyə? İndi bilərsən!" — deyə kişi kobud cavab verib. Onda mən ona dedim ki, maşının baqajını bağlasa, ona pul verəcəm" — Həbilov deyib.

Vəkilin təklifi cinayətkarı özündən çıxarıb: "Sən nə danışırsan? Mən niyə baqajı bağlamalıyam?!" Bu vaxt sürücü qışqırıb: "Nədi, vermək istəmir?!" Elə bu sözlərlə sürücü dərhal "Hummer"ə sarı hoppanıb və onlar ikisi də güc işlətməklə maşının qapısını dartaraq açmağa çalışıblar.

"Əgər başqa maşın olsaydı, onlar qapını qırardılar. Mən sakitcə hərəkət etməyə başladım. Amma sürəti artıra bilmədim, çünki saqqallı ayağını ayaqaltıya qoymuşdu. Əgər ona nəsə olsaydı, mən cavab verməli olacaqdım. Bununla belə mən ehmalca maşını sürməyə başladım ki, onların maşınlarının nömrəsini qabaqdan görüm. 30 metr getmişdim ki, quldurlar ayaqla zərbə vuraraq qapını açdılar. Mən isə onların əlindən xilas ola bildim. Bir az gedəndən sonra mən dayanaraq onların maşınlarının nömrəsinə baxmaq istədim. Onda cinayətkarlar mən tərəf qaçmağa başladılar. Mən isə qaza basdım" — deyə Həbilov bildirib.

Baş verən hadisədən dərhal sonra vəkil polisə gedib. O, maşını və ona hücum edən şəxsləri təsvir edib. İyulun 20-də Binəqədi rayon Polis İdarəsinin 40-cı polis bölməsinin əməkdaşları operativ əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin iştirakçılarından birini saxlayıb. O, Fordun sükanı arxasında oturan, Bakıda kirayənişin kimi yaşayan Salyan rayon sakini, beş uşaq atası, 1968-ci il təvəllüdlüdlü Səmid Babayev olub. Cinayətin ikinci iştirakçısının saxlanılması istiqamətində polis iş aparır. 

İlkin məlumata görə, quldurların basqın zamanı istifadə etdikləri avtomobil Babayevə məxsus deyil. Avtomobilin oğurluq olduğu güman edilir. Vəkil şübhələnir ki, quldurlar ondan pul almaq fikrində olmayıblar. Onlar maşını ələ keçirmək istəyirlərmiş.

Faktla bağlı AR Cinayət Məcəlləsinin 182-ci maddəsi (hədə-qorxu ilə tələb etmə) ilə cinayət işi açılıb. Təhqiqat davam edir.

Qeyd etmək lazımdır ki, 12 il əvvəl paytaxtın ən kriminal yerləri Yasamal, Nəsimi və Nərimanov rayonları hesab edilirdi. Bu günlərdə isə həmin siyahıya Binəqədi, Suraxanı, Sabunçu və Xəzər rayonları da əlavə olunub. Polislər bunu bir sıra faktorlarla izah edirlər. Şəhər kənarında ölkənin ayrı-ayrı regionlarından gəlmiş xeyli sayda adam yaşayır. Onların işi və daimi yaşayış yerləri yoxdur. Bununla belə, onların bir hissəsi quldurluqla məşğul olur.

851
Teqlər:
Binəqədi Rayon Polis İdarəsi, Əlirza Həbilov, Səmid Babayev, Salyan rayonu, Sumqayıt
Əlaqədar
Əlibəylidə kəsilən ağaclara görə cinayət işi açılır
Ağacların qanunsuz kəsilməsi ilə bağlı növbəti cinayət işi açıldı
Bakıda yerləşən klinikada cinayət baş verib
Bakıda insanların gözü önündə film kimi cinayət
Eldar Mahmudovun barəsində cinayət işi açılır
 Yevlaxda üzərinə ağac aşan “Ford” markalı yük avtomobili

Yevlaxda körpüyə girməyə hazırlaşan avtomobilin üzərinə ağac aşdı

20
(Yenilənib 20:38 15.01.2021)
Təbiətin şıltaqlığı bu gün Yevlax şəhərində az qala insanların xəsarət alması ilə nəticələnə bilərmiş.

Rahim Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Günorta saatlarında güclənən külək Yevlaxda iki iri gövdəli qovaq ağacını aşırıb. Təbiət hadisəsi zamanı ağaclardan biri yük avtomobilin üzərinə düşüb. Sputnik Azərbaycan xəbər verir ki, hadisə Yevlax rayonu ərazisində, Kür çayının üzərində yerləşən körpünün yaxınlığında qeydə alınıb.

© Sputnik / Rahim Mammadov
Yevlax rayon sakini Vüsal Ələkbərov

Rayon sakini Vüsal Ələkbərov idarə etdiyi “Ford” markalı yük avtomobili ilə körpüyə daxil olmaq üçün növbə gözləyən zaman quru ağac onun avtomobilinin üzərinə aşıb. Hadisə zamanı sürücü və yanında olan sərnişin xəsarət almasa da avtomobilə ciddi ziyan dəyib. Sürücü hadisənin qəfildən baş verdiyini, maşını hərəkətə gətirməyə çalışan zaman artıq ağacın düşdüyünü bildirib:

© Sputnik / Rahim Mammadov
Yevlaxda üzərinə ağac aşan “Ford” markalı yük avtomobili

“Xaldan qəsəbəsindən gəlirdim. Körpüyə çatanda qarşıdan gələn maşın gördüm, ona görə körpüdən bir az aralı dayandım. Bərk külək əsirdi, qəfildən quru ağac maşının üstünə düşdü. Ön şüşəni sındırdı, maşının üstünü əzdi. Şüşə qırıqları içəri tökülüdü. Yaxşı ki, hələ özümüzə heç nə olmadı”.

Qeyd edək ki, bölgədə külək günorta saatlarından şiddətlənib.

20
Охотничья винтовка типа Винчестер, архивное фото

Ata oğlunu güllələyib: "Onu öldürmək fikrim olmayıb"

31
(Yenilənib 14:24 15.01.2021)
Vaqona dəydikdən sonra güllənin qırmalarından bir neçəsi Ürfana dəyib. 37 yaşlı Ürfan Məmmədov sol göz nahiyyəsindən xəsarət alıb.

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Ata ilə oğul arasında mübahisə güllələnməyə səbəb oldu. Hadisə Şabran rayonunun Pirəmsən kəndində baş verib.

Kənd sakini Teyyub Məmmədovla oğlu Ürfan Məmmədov arasında mübahisə baş verib. Oğlu ilə mübahisə edən Teyyub Məmmədov onu qorxutmaq məqsədilə özündəki tüfənglə həyətdəki vaqona atəş açıb.

Vaqona dəydikdən sonra güllənin qırmalarından bir neçəsi Ürfana dəyib. 37 yaşlı Ürfan Məmmədov sol göz nahiyyəsindən xəsarət alıb. Yaralı dərhal Şabran rayon Mərkəzi Xəstəxanasına aparılıb və ona ilk tibbi yardım edilib.

Ürfan Məmmədov vəziyyətinin stabil olduğu deyilir. Polis əməkdaşları tərəfindən saxlanılan Teyyub Məmmədov isə polis şöbəsinə aparılıb. Hadisənin təfərrüatları araşdırılır. Ata ilkin olaraq oğlunu öldürmək üçün deyil, qorxutmaq üçün güllə atdığını deyib.

31
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan koronavirusdan peyvənd vurdurur

Ərdoğan koronavirus peyvəndindən sonra: "Sapsağlamam"

0
(Yenilənib 00:05 16.01.2021)
Türkiyə Prezidentinə yanvarın 14-də Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

BAKI, 16 yanvar — Sputnik. Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sputnik Azərbaycan "Hurriyet" nəşrinə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

"Bu ana qədər hər hansı bir yan təsiri olmayıb. Sapsağlamam. 28 gün sonra ikinci iynəmizi vurduracağıq", - deyə Ərdoğan qeyd edib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan canlı yayımda koronavirusa qarşı peyvənd edilib.

Türkiyə Prezidentinə Çinin "Sinovac" şirkətinin istehsalı olan "CoronaVac" vaksini vurulub.

0