Həbs

Şirkət rəhbəri həbs olunub

343
O, külli miqdarda mənimsəmədə ittiham olunur

BAKI, 21 iyul — Sputnik. Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində, Bakı şəhər sakini Məmmədhəsən Tağıyev, direktoru olduğu "Baqira" və "Export Council Azeritrade" MMC adlı şirkətlərin, guya fəaliyyətinin genişləndirilməsi və dövriyyə vəsaitinin artırılması məqsədi üçün notarial qaydada təsdiq olunmayan və faktiki olaraq bankın xeyrinə yüklü edilməyən əmlakları ipoteka predmeti kimi göstərməklə, "Kredobank" ASC-dən həmin şirkətlərin adına rəsmiləşdirilmiş 5 milyon 620 min manat və 4 milyon 500 min manat, ümumilikdə 10 milyon 120 min manat məbləğində kredit vəsaitlərini öz qulluq mövqeyindən istifadə etməklə təyinatından yayındıraraq şəxsi ehtiyaclarına xərcləməsinə şübhələr üçün əsaslar yarandığından, fakta görə cinayət işi başlanıb.

Bu barədə Sputnik Azərbaycan-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib. Bildirilir ki, M. Tağıyevə Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) maddəsi ilə ittiham elan olunmaqla, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə qeyd olunan qanunsuz halların tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin, o cümlədən "Kredobank" ASC-nin vəzifəli şəxslərinin dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri, habelə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

343
Teqlər:
həbs, kredit, Məmmədhəsən Tağıyev, istintaq-əməliyyat tədbirləri
Əlaqədar
Şahzadə kralın əmri ilə həbs olundu
Hay-küylü məhkəmə prosesi başa çatdı: həbs qərarı
Polis xəbərdarlıq edir: "Əmlaklarına həbs qoyulacaq"
"Həbsdən çıxarkən araşdırılmalıydı ki, cəmiyyət üçün nə qədər təhlükəlidir"
Vitse-prezident korrupsiyaya görə həbs edildi
Oğru, arxiv şəkli

Ağdamda 20 min manatlıq oğurluq edən şəxslər saxlanılıb

7
(Yenilənib 16:46 22.04.2021)
Araşdırmalarla oğruların Ağcabədi rayon sakini Rəsul İsmayılzadə və Ağdam rayon sakini Elgün Məmmədov olduğu müəyyən edilib.

BAKI, 22 aprel — Sputnik. Ağdam rayon sakini olan bir nəfər Rayon Polis Şöbəsinə müraciət edərək Quzanlı qəsəbəsində yerləşən ona məxsus mağazadan 20 min manat dəyərində oğurluq edilməsi barədə məlumat verib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, müraciətlə əlaqədar olaraq Ağdam RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən şəxslər saxlanılıb. Araşdırmalarla onların Ağcabədi rayon sakini Rəsul İsmayılzadə və Ağdam rayon sakini Elgün Məmmədov olduğu müəyyən edilib.

Həmin şəxslər mağazadan 91 ədəd mobil telefon, 8 ədəd noutbuk və 6 ədəd planşet oğulayaraq zərərçəkmiş şəxsə 20 min manat civarında ziyan vurublar. Oğurlanmış əşyaların bir qismi maddi sübut kimi götürülüb.

Faktla bağlı Ağdam RPŞ-də araşdırmalar davam etdirilir.

7
Bıçaq əlində qadın, arxiv şəkil

Qadın ərini ürəyindən bıçaqlayıb

9
(Yenilənib 14:17 22.04.2021)
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

BAKI, 22 aprel — Sputnik. Aprelin 21-də saat 20 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində Əskərzadə Elvin Pənah oğlunun yaşadığı evdə bıçaqlanaraq öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Qaradağ rayon Prokurorluğundan Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib. Cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin həyat yoldaşı Babayeva Sevda Rasim qızının şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla Elvin Əskərzadənin sol sinə nahiyəsinə xəsarət yetirərək sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Sevda Babayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

9

Zəngilanın Nəcəflər kəndi - VİDEO

0
Nəcəflər kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsi nəcəflər nəslinin məskunlaşması nəticəsində yarandiğına görə həmin nəslin adi ilə adlandırılıb.

Müdafiə Nazirliyi Zəngilan rayonunun Nəcəflər kəndindən videogörüntülər yayıb.

Sputnik Azərbaycan görüntüləri təqdim edir.

Nəcəflər Azərbaycan Respublikasının Zəngilan rayonunun Şayıflı kənd inzibati ərazi dairəsində kənddir.

Nəcəflər kəndi dağətəyi ərazidədir. Yaşayış məntəqəsi nəcəflər nəslinin məskunlaşması nəticəsində yarandiğına görə həmin nəslin adi ilə adlandırılıb.

1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Nəcəflər kəndi üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq azad edilib.

0