Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qonşu ölkələrdə baş verən güclü zəlzələ nəticəsində ölənlər var

© AZƏRTACTürkiyədə zəlzələ
Türkiyədə zəlzələ - Sputnik Azərbaycan
Abunə olmaq
Yunanıstanda zəlzələ nəticəsində azı 100 nəfər xəsarət alıb

BAKI, 21 iyul — Sputnik. Türkiyənin Bodrum şəhərinin 70-dək sakini güclü zəlzələdən sonra xəstəxanalara müraciət edib.

Xəstəxanalara müraciət edənlərin əksəriyyəti zəlzələ zamanı təşviş içində evlərini tərk edən, pəncərədən atılan şəxslərdir. Onların arasında ciddi xəsarət alanların olmadığı qeyd edilir.    

Qeyd edək ki, Türkiyənin Egey dənizi sahillərində 6,7 bal gücündə zəlzələ olub. Zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10,3 km, Yunanıstanın isə Kos adasından 16,2 km aralıda yerləşib.     

Yeraltı təkanlar kiçik sunaminin baş verməsinə səbəb olub.

Zəlzələ daha çox Muğla əyalətinin Bodrum və Dacia şəhərlərində hiss olunub.

Egey dənizində güclü zəlzələnin baş verməsi nəticəsində Yunanıstanda da azı 100 nəfər xəsarət alıb. 

Bundan əvvəl, iki nəfərin öldüyü, bir neçə nəfərin xəsarət aldığı bildirilib.  

Xəsarət alanların əksəriyyəti Kos adasındadır.

Xəbər lenti
0