Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda piyada faciəvi şəkildə öldü

© Sputnik / Ilham MustafayevQəza zamanı yararsız hala düşmüş "VAZ-21011"
Qəza zamanı yararsız hala düşmüş VAZ-21011 - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə şahidləri ölən piyadanın sərxoş olduğunu iddia edirlər

BAKI, 19 iyul — Sputnik. Bakıda piyadanın ölümü ilə nəticələnən qol qəzası baş verib. APA-nın xəbərinə görə, hadisə  paytaxtın Sabunçu rayonu ərazisində, Aeroport yolunda baş verib.  “Mercedes Sprinter” markalı  mikroavtobus yolu keçmək istəyən piyadanı güzgüsü ilə vurub yerə yıxıb. Bu zaman Türkiyə vətəndaşının icarəyə götürərək idarə etdiyi “Porsche Cayenne” markalı avtomobil yerə yıxılan piyadanın üstündən keçib. Orta yaşlarında olan kişi  aldığı ağır bədən xəsarətlərindən hadisə yerindəcə ölüb.

Hadisə şahidləri ölən piyadanın sərxoş olduğunu iddia edirlər.

Qeyd edək ki, hadisə daha bir qəzanın baş verməsinə səbəb olub. Belə ki, hadisə görərək sürətini azaldan “Jeep Wrangler” markalı avtomobilə arxadan “Toyota Camry” markalı avtomobili çırpılıb. Bu qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır. 

Xəbər lenti
0