Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Ağır qəzada ölənlərin sayı 5 nəfərə çatdı

© Photo : APAYol qəzası nəticəsində zədələnmiş avtomobil. Arxiv şəkli
Yol qəzası nəticəsində zədələnmiş avtomobil. Arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Qəza üç avtomobilin toqquşması nəticəsində baş verib

BAKI, 18 iyul — Sputnik. Ələt-Astara yolunun Bakının Qaradağ rayonu ərazisindən keçən hissəsində baş vermiş ağır yol qəzası nəticəsində 5 nəfər ölüb.

Qəza üç avtomobilin toqquşması nəticəsində baş verib. Yol ilə hərəkətdə olan "Kamaz" markalı qoşqulu yük maşınının sürücüsü sükan arxasında yuxulayaraq öndə gedən digər "Kamaz"a, daha sonra “Mercedes” markalı mikroavtobusa çırpılıb.

"Mercedes"də sürücü ilə birgə ümumilikdə 9 nəfər olub, onlardan 3-ü hadisə yerində ölüb. Daha iki nəfər sonradan xəstəxanada keçinib.

Xəbər lenti
0