Post Patrul Xidmətinin avtomobilləri, arxiv şəkli

Bakıdakı hay-küylü qətlin üstü açıldı

2512
(Yenilənib 13:02 12.07.2017)
Barışov neftçi olub və Azərbaycan prezidenti tərəfindən "İstiqlal" ordeni ilə təltif edilib

BAKI, 12 iyul — Sputnik. Paytaxtın hüquq mühafizə orqanları tərəfindən peşəkarlıqla həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində törədilmiş qətlin üstü "isti izlər"lə açılıb.

Sputnik Azərbaycan Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğunun birgə məlumatına istinadən xəbər verir ki, iyulun 10-da saat 11 radələrində Bakı şəhəri, Nərimanov rayonu, A.Nemətulla küçəsi 82 saylı ünvanda 1951-ci il təvəllüdlü Barışov Yuriy Petroviçin üzərində zorakılıqla qətlə yetirilməyə xarakterik xəsarətləri olan meyiti aşkar olunub.

Həmin faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin əvvəllər quldurluq cinayətinə görə məhkum olunmuş Akayev Hüseyn Ramazanoviç tərəfindən törədilməsinə kifayət qədər şübhələr olduğundan o, şübhəli şəxs qismində tutularaq istintaq cəlb olunub. Hazırda cinayət işi üzrə Bakı şəhər prokurorluğunun İstintaq idarəsində istintaq tədbirləri davam etdirilir.

Qeyd edək ki, Barışov neftçi olub və Azərbaycan prezidenti tərəfindən "İstiqlal" ordeni ilə təltif edilib.

2512
Teqlər:
Akayev Hüseyn Ramazanoviç, Barışov Yuriy Petroviç, qətl, hüquq-mühafizə orqanları, polis
Əlaqədar
Paytaxtda dəhşətli qətl baş verdi
"Sərçə" bazarındakı qətli ikiqat dünya çempionu törədib
Övladını çəkiclə qətlə yetirən şəxsə hökm oxunub
Qətlə yetirilən iş adamı ilə bağlı rəsmi bəyanat yayıldı
Azərbaycanlı biznesmenin müəmmalı qətli
Осколки стекла, архивное фото

Bakının Heydər Əliyev prospektində baş verən qəza tıxaca səbəb olub

3
Hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

BAKI, 19 yanvar - Sputnik. Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektində (“Koroğlu” metrostansiyasının yaxınlığı) yol-nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hazırda qəza səbəbindən həmin istiqamətdə nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir.

3

"Lotu Quli"nin məzarı üstündə atışma olub, 1 nəfər ölüb

9
Silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

BAKI, 19 yanvar - Sputnik. İstanbulun Esenyurt rayonunda "Lotu Quli" ləqəbli kriminal avtoritet Nadir Səlifovun məzarı üstündə silahlı insident olub.

APA-nın verdiyi xəbərə görə, silahlı insident nəticəsində bir azərbaycanlı başından güllələnib. Güllələnən şəxsin Əli Həşimov olduğu bildirilir. O, aldığı güllə yarasından hadisə yerində ölüb.

Onu vuran digər azərbaycanlı Kənan adlı şəxs isə xəstəxanaya çatdırılıb.

Məlumata görə, hadisə borc üstündə baş verib.

Hadisədə şübhəli bilinən 3 nəfər saxlanılıb.

9