Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanda dövlət qoruğu yanır

© Photo : AR ETSN-nin mətbuat xidmətiQızılağac Dövlət Təbiət Qoruğunun ərazisində yanğın
Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində yanğın - Sputnik Azərbaycan
Abunə olmaq
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub

BAKI, 11 iyul — Sputnik. Bu gün saat 14 radələrində Qızılağac Dövlət Təbiət Qoruğunun ərazisində yanğın başlayıb və əsən külək nəticəsində yanğın qısa müddət ərzində 3 hektar ərazini əhatə edib. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

O, bildirib ki, naməlum səbəblərdən baş verən yanğının söndürülməsi üçün əraziyə dərhal Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin yerli qurumunun əməkdaşları cəlb olunub. Hazırda baş vermiş yanğının qarşısının alınması istiqamətində ciddi və operativ tədbirlər davam etdirilir.

Xəbər lenti
0