Eldar Mahmudov

Eldar Mahmudovun barəsində cinayət işi açılır

5604
(Yenilənib 16:49 10.07.2017)
Məhkəmə sabiq nazirin barəsində cinayət işinin başlanması üçün zərərçəkmişlərin şikayəti əsasında prokurorluğa təqdimat göndərib

BAKI, 10 iyul — Sputnik. Bu gün Bakı Hərbi Məhkəməsində, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq idarəsinin həbsdə olan sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. APA-nın məlumatına görə, hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, V. Ələkbərov 12 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə V. Ələkbərovun polkovnik rütbəsindən məhrum edilməsi ilə bağlı da xüsusi qərardad çıxarıb.

Məhkəmənin hökmü ilə V. Ələkbərovun əmlakı müsadirə edilərək, zərərçəkmiş iş adamı Akif Qurbanova verilib. Digər zərərçəkmiş şəxslərin isə mülki iddiası təmin edilməyib.

Bundan başqa, məhkəmə sabiq nazir Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlan Şıxəliyev barəsində cinayət işinin başlanması üçün zərərçəkmişlərin şikayəti əsasında prokurorluğa təqdimat göndərib.

Qeyd edək ki, V. Ələkbərov Cinayət Məcəlləsinin 311-ci (rüşvətalma) və digər maddələrlə ittiham olunub. V. Ələkbərov sabiq nazirlər Əli İnsanov və Fərhad Əliyevin cinayət işi üzrə baş müstəntiq olub.

5604
Teqlər:
məhkəmə, Milli Təhlükəsizlik Nazirliyi, Eldar Mahmudov, Bakı Hərbi Məhkəməsi, Vüsal Ələkbərov
Əlaqədar
DTX-dan MTN-lə əməkdaşlıq etmiş şəxslərlə bağlı mühüm açıqlama
Keçmiş MTN generalı aclığa başlayacaq
Zərərçəkmiş: MTN-də dedilər ki, 300 min verməsən, qadınlar üzümə duracaqlar
MTN generallarının həbs müddəti uzadıldı
"MTN-çilərin işi" məhkəməyə göndərildi
MTN-in qurbanı olmuş biznesmen həqiqətləri ortaya çıxardı
"MTN işi" üzrə saxlanılanlardan ikisi azadlığa buraxıldı
Baş Prokurorluqdan "MTN işi" ilə bağlı mühüm açıqlama

Daşkəsəndə itkin düşən şəxslər minaya düşüb, meyitləri tapılıb

27
(Yenilənib 19:39 24.09.2021)
Hava şəraiti səbəbindən meyitlər ərazidən çıxarıla bilməyib. Sabah prokurorluğun əməkdaşları ilə birgə çıxarılacaq.

BAKI, 24 sentyabr - Sputnik. Daşkəsən rayonunda bir neçə ay öncə itkin düşənlərin meyitləri aşkarlanıb.

Sputnik Azərbaycan xəbər verir ki, Daşkəsən Rayon Polis Şöbəsi və ANAMA əməkdaşlarının birgə keçirdikləri axtarış tədbirləri nəticəsində iyulun 30-da itkin düşmüş Daşkəsən rayonunun Alaxançallı kənd sakinləri, 2010-cu il təvəllüdlü İsmət Bayramov və 2000-ci il təvəllüdlü Ülfət Rüstəmovun minaya düşmüş meyitləri Göygöl rayonunun Kəlbəcər rayonu ilə sərhədində, minalanmış ərazidə tapılıb.

DİN-dən verilən məlumata görə, hava şəraiti səbəbindən meyitlər ərazidən çıxarıla bilməyib. Sabah prokurorluğun əməkdaşları ilə birgə çıxarılacaq.

Xatırladaq ki, sentyabrın 22-də Qazax rayon sakini minaya düşərək həlak olub. Belə ki, Ermənistanla sərhəd olan Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində təmir işləri aparan zaman 1988-ci il təvəllüdlü Məmməd Mərdanov idarə etdiyi traktorla tank əleyhinə minaya düşməsi nəticəsində ölüb.

Həmçinin oxuyun:

* Qazax sakini minaya düşərək həlak olub

* Ağdamda şirkət işçisi minaya düşüb

27
 İnsan silueti, arxiv şəkli

Bu rəzilliyi gördük - Onların budəfəki hədəfi Vətən müharibəsi iştirakçısı olub

12
(Yenilənib 17:09 24.09.2021)
Binə qəsəbəsində Vətən müharibəsində iştirak edən şəxsin pulunu və medalını oğurlayan şəxs saxlanılıb.

BAKI, 24 sentyabr — Sputnik. Xəzər rayonu Binə qəsəbəsi sakini olan bir nəfər Daxili İşlər Nazirliyinin "102" Xidməti Zəng Mərkəzinə məlumat verərək yaşadığı evdən 3750 manat, nişan üzüyü və 1 ədəd Vətən müharibəsində iştirak etdiyi üçün ona dövlət tərəfindən verilən "Xocavəndin azad olunmasına görə" medalının oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsinin əməkdaşları tərəfindən dərhal hadisəni törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini, dəfələrlə məhkum olunan Rəşad Əliyev saxlanılıb. Onun Binə qəsəbəsində yaşadığı evə baxış zamanı oğurladığı pul vəsaitləri və digər əşyalar aşkar olunaraq polis əməkdaşları tərəfindən götürülüb və sahibinə qaytarılıb. Rəşad Əliyev ifadəsində etdiyi hadisəni etiraf edib.

Faktla bağlı 3-cü Polis Bölməsində toplanan materiallar Xəzər RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi polis orqanlarına və ya Xəzər RPİ-nin 3-cü Polis Bölməsinə məlumat verə bilərlər.

12

Əlvida, dəniz, isti günlər üçün darıxacağıq

0
(Yenilənib 21:49 24.09.2021)
İndi daha günəş yandırmır. Sərində sahil boyu gəzişmək, velosiped sürmək bədəni gümrahlaşdırmaqla yanaşı, xüsusi nostalji zövq bəxş edir adama. Payızın ilk günləri Nabran sahilləri Sputnik Azərbaycan-ın fotolentində.

Daha bir yay bitdi. Havaların soyuması ilə dənizə gedənlərin sayı azalıb. Yayın isti günlərində istənilən vaxt sahildə görünən adamlar indi çəkilmək üzrədir. Sübh tezdən tilovunu suya atıb saatlarla gözləyən balıqçılar gözə dəyirlər.

Mavi suların qoynu və qumlu sahillər azyaşlıları sevindirir. Velosipedlə sahil kənarında hərəkət edənlər dənizin təmiz havasında bədənlərini gəncləşdirirlər. Dənizin dalğalarından qorxmayan heyvanlar sahil kənarında sərinləyirlər. Günəşin közərən şüaları görünür. Günəş qürub etdikcə dalğaların səsi aydın eşidilir. Əlvida, dəniz. İsti günlər üçün darıxacağıq...

0
  • © Sputnik / Ilham Mustafayev

    Zaman da qum kimi barmaqlar arasından süzülür.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda dalğalarla son söhbət - gələn mövsümədək.

  • © Sputnik / Ilham Mustafayev

    Sentyabr gəldisə, balıq tutmaq və yemək olar. Nabranda balıqçılar bu fürsəti qaçırmırlar.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda qürub daha həşəmətli görünür.

  • © Sputnik / Ilham Mustafayev

    Sahil kənarıyla qaçan alabaş.

  • © Sputnik / Ilham Mustafayev

    Xırçın ləpələr də adamlarsız darıxır.

  • © Sputnik / Ilham Mustafayev

    Yaş qum üzərində velosiped sürmək də bir zövqdür.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda sahildə unudulmuş toplar.

  • © Sputnik / Ilham Mustafayev

    Polietilen torba budağı "niyyət ağacı"na bənzədib.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda qürub vaxtı dənizdən pay uman balıqçı.

  • © Sputnik / Ilham Mustafayev

    Narıncıya boyanan gün.

  • © Sputnik / Ilham Mustafayev

    İnəklər də çimərlikdə tənhalıqdan kam alırlar.

  • © Sputnik / Ilham Mustafayev

    Nabranda sahil kənarında qız.