Qəzaya düşmüş avtomobil, arxiv şəkli

Baş verən qəzada 5 nəfər yaralandı

27
(Yenilənib 01:12 07.07.2017)
Yaralıların vəziyyəti orta ağır hesab edilir

BAKI, 6 iyul — Sputnik. Bu gün günorta saatlarında Salyan-Şorsulu yolu Quyçu kəndi ərazisində avtomobil qəzası baş verib. İki avtomobilin toqquşması ilə baş evrən qəzada 5 nəfər ağır yaralanıb.

Yaralılar 1953-cü il təvəllüdlü Adil İsmayılov, 1987-ci il təvəllüdlü Sadiq Cabbarov, 1976-cı il təvəllüdlü Çingiz Tahirov, 1974-cü il təvəllüdlü Əmanət Ələkbərova və 1978-ci il təvəllüdlü Zaur Hüseynov Təcili Tibbi Yardımla Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıların vəziyyəti orta ağır hesab edilir.

27