Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Yanacaqla dolu sistern gözəllik salonunun üzərinə aşdı

© Sputnik / Murad OrujovBakının Mətbuat prospektində Peugeot Tepee Export markalı avtomobil yanıb
Bakının Mətbuat prospektində Peugeot Tepee Export markalı avtomobil yanıb - Sputnik Azərbaycan
Abunə olmaq
Maye qazla dolu yük avtomobili yoldan çıxaraq gözəllik salonunun üzərinə aşıb

Rahim Zakiroğlu, Sputnik Azərbaycan

BAKI, 6 iyul — Sputnik. Astarada ölümlə nəticələnən avto nəqliyyat hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata əsasən, hadisə ötən gün axşam saatlarında Astara-Şahağacı yolunda baş verib. Belə ki, İran İslam Respublikasının vətəndaşı Seyid Məhəmməd Reyhani “Volvo” markalı maye qazla dolu yük avtomobilini idarə edərkən ürəktutmadan halı pisləşib və idarəetməni itirib.

Nəticədə maye qaz daşıyan sistern yol kənarında yerləşən gözəllik salonunun üzərinə aşaraq dağılıb. Salonun içərisində 3 nəfər olsa da xəsarət alan olmayıb.

Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib. Bundan əlavə kəndin 10 min kVt-lıq elektriq dirəyi sıradan çıxıb və yüksək gərginlikli elektrik naqillərinə ziyan dəyib.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri “Volvo” markalı yük avtomobilinin içərisində sıxılıb qalan sürücünün cəsədini çıxararaq aidiyyatı üzrə təhvil veriblər.

Baş verən hadisə ilə bağlı Astara Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Xəbər lenti
0