İntihar

Qadın ailəsindəki toyu yasa döndərdi

866
(Yenilənib 15:20 06.07.2017)
Hadisə ilə bağlı rayon polis şöbəsində araşdırma aparılır

Leyla Abdullayeva, Sputnik Azərbaycan

BAKI, 6 iyul — Sputnik. Xaçmazda 4 uşaq anası özünü asıb. Sputnik Azərbaycan-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə gecə saat 22:00 radələrində Xaçmaz rayonunun Xanlıqoba kəndində baş verib.

41 yaşlı Natəvan Ramazan qızı Qurbanova yaşadığı evin damının altındakı borudan özünü kəndirlə asıb. Kənd sakinlərinin sözlərinə görə, bu gün N. Qurbanovanın qaynı evində toy olmalı idi və bununla əlaqədar hamı toy məclisinə hazırlaşırmış.

Elə N. Qurbanova da toy evindən qayıdandan sonra intihar edib. Qohumlarının sözlərinə görə, axşam saatlarında N. Qurbanova səssiz-səmirsiz məclisi tərk edib və bir daha qayıtmayıb.

Mərhumun qızları toyda analarını görməyincə, onu axtarmağa başlayıblar və onu evlərində asılmış vəziyyətdə tapıblar. Qurbanovların ailəsində toy yasa dönüb.

Hadisə ilə bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırma aparılır.

866
Teqlər:
asılmış vəziyyət, Natəvan Ramazan qızı Qurbanova, özünü asıb, Xaçmaz, toy
Əlaqədar
Polis əməkdaşı polis günündə intihar edib
İyirmi yeddi yaşlı gənc intihar etdi
Seksual zorakılığa görə həbs olunan məhbus intihar edib
Ailələr dalaşdı, iki uşaq anası intihar etdi
Ərəstun Məmmədov intihar edib
Məktəbdə intihar şoku