Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Qərb bölgəsindən daha bir həyəcanlı xəbər

© Sputnik / Aleksey Kudenko / Mediabanka keçidKür çayı
Kür çayı - Sputnik Azərbaycan
Abunə olmaq
Xilasedicilər hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb

BAKI, 6 iyul — Sputnik. Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Kür çayının Qazax rayonu, Birinci Şıxlı kəndindən keçən hissəsində 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-in mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, dərhal Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşın axtarışına başlanılıb. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, ötən günlərdə Qərb bölgəsində yenə analoji hadisə yaşanmışdı. Belə ki, Kür çayının Ağstafa rayonu ərazisindən keçən hissəsində iki polis əməkdaşı boğulmuşdu.

Xəbər lenti
0