Sərhəd

"Dayan" çağırışına məhəl qoymayan sərhəd pozucusu vuruldu

168
(Yenilənib 16:00 05.07.2017)
İlk tibbi yardımın göstərilməsinə baxmayaraq aldığı güllə yarasından vəfat edib

BAKI, 5 iyul — Sputnik. Dövlət Sərhəd Xidmətinin əməkdaşları növbəti dəfə dövlət sərhədinin pozul­masının və külli miqdarda narkotik vasitənin ölkəmizə gətirilməsinin qarşısını alıblar. Bu barədə Sputnik Azərbaycan-a Dövlət Sərhəd Xidməti Mətbuat Mərkəzindən məlumat verilib.

Belə ki, 05.07.2017-ci il tarixdə saat 01:00 radələrində Cəlilabad rayonunun Bəyxanlı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində sərhəd naryadı tərəfindən İrandan Azərbaycana dövlət sərhədini pozmuş bir nəfər sərhəd pozucusu aşkar edilib. Təqib olunan sərhəd pozucusu sərhəd naryadının "dayan" çağırışına və xəbərdarlıq atəşinə məhəl qoymayaraq geriyə qaçmağa cəhd göstərib.

Havanın qaranlıq və ərazinin mürəkkəb relyefi malik olması səbəbindən sərhəd pozucusunun müqabil tərəfə keçməsinin qarşısını almaq məqsədilə sərhəd naryadının Dövlət Sərhədi haqqında Azərbaycan Respublikası qanununun tələblərinə uyğun olaraq silah tətbiq etməsi nəticəsində sərhəd pozucusu yaralanıb, ilk tibbi yardımın göstərilməsinə baxmayaraq aldığı güllə yarasından vəfat edib.

Sərhəd pozucusunun üzərinə baxış zamanı bir ədəd gecə görmə cihazı və 2 ədəd bağlamada 8 kiloqram 800 qram narkotik maddə olan tiryək aşkar olunaraq götürülüb. Sərhəd pozucusunun şəxsiyyətinin müəyyənləşdirilməsi üzrə və faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

168
Teqlər:
sərhəd pozulması, güllə, Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası
Əlaqədar
Azərbaycan-Rusiya sərhədində irimiqyaslı əməliyyat
Sərhəddi keçərkən "dəmir at"ınızı unutmayın
Sərhədlərimizin qorunması qaydaları dəyişir
Azərbaycan-İran sərhədində işlər sürətlə davam edir