Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Oğuzda arzuolunmaz hadisə baş verib

© Sputnik / Ilham AhmadovQəzaya düşmüş avtomobil
Qəzaya düşmüş avtomobil - Sputnik Azərbaycan
Abunə olmaq
Hazırda baş verənlər polisin nəzarətindədir

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 5 iyul — Sputnik. Oğuzda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sputnik Azərbaycan-ın bölgə müxbirinin məlumatına görə, iyulun 4-ü axşam saatlarında, Oğuz rayon sakini Sultan Gülməmmədov idarə etdiyi "VAZ 21074" markalı, 48 BC 789 dövlət nömrə nişanlı avtomobillə şəhər ərazisində hərəkətdə olarkən, yolu keçmək istəyən piyada, Oğuz şəhər sakini, 1949-cu il təvəllüdlü Vidadi Nüsrət oğlu Ağayevi vurub.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan Vidadi Ağayev Oğuz Rayon Mərkəzi Xəstəxanasına (MRX) yerləşdirilib. Xəstəxanadan bildirilib ki, Vidadi Ağayevə xəstəxanada lazımı tibbi yardım göstərildikdən sonra müayinə və müalicəsini davam etdirmək üçün Qəbələ MRX-a göndərilib. Lakin Ağayev orada dünyasını dəyişib.

Faktla bağlı Oğuz rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbər lenti
0