Londonun Hitrou hava limanında yanğın siqnalizasiyanın işə düşməsi ilə birlikdə sərnişinlər təxliyə ediliblər

Sərnişinlər hava limanından təcili çıxarılıb

19
(Yenilənib 21:53 04.07.2017)
Hazırda London polisi məsələ ilə bağlı araşdırma aparır

BAKI, 4 iyul — Sputnik. Londonun Hitrou hava limanında yanğın siqnalizasiyanın işə düşməsi ilə birlikdə sərnişinlər təxliyə ediliblər. Sputnik Azərbaycan bu barədə "The Sun"-a istinadən xəbər verir.

Məlumata görə, hazırda London polisi məsələ ilə bağlı araşdırma aparır.

Çünki, hava limanının binasında hər hansı yanğın aşkar edilməyib. Sərnişinlərin tezliklə terminala qayıdacağı bildirilir.

19

Milli Parkın ərazisində qanunsuz balıq ovu ilə məşğul olanlar saxlanılıb

4
Qurduqları torlar vasitəsilə qanunsuz balıq ovlayan həmin şəxslərdən ov zamanı istifadə etdikləri 2 ədəd mühərrikli qayıq, 2 ədəd tor və qanunsuz olaraq tutduqları balıqlar aşkar olunaraq götürülüb.

BAKI, 17 sentyabr — Sputnik. Qızılağac Milli Parkının ərazisində qanunsuz balıq ovu ilə məşğul olanlar saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Sputnik Azərbaycan-a verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindən qeyri-qanuni ovçuluq və balıqçılıqla məşğul olan şəxslərin aşkarlanması istiqamətində növbəti tədbir təşkil olunub.

Keçirilən tədbirlər zamanı Masallı rayonu Qızılağac kəndi istiqamətində Qızılağac Milli Parkının Böyük Körfəz su sahəsində qanunsuz balıq ovu ilə məşğul olan Masallı rayon sakinləri İlkin Qurbanov və Alim Həsənov saxlanılıblar.

Qurduqları torlar vasitəsilə qanunsuz balıq ovlayan həmin şəxslərdən ov zamanı istifadə etdikləri 2 ədəd mühərrikli qayıq, 2 ədəd tor və qanunsuz olaraq tutduqları balıqlar aşkar olunaraq götürülüb. İ.Qurbanov və A.Həsənovun ümumilikdə təbiətə 2211 manat dəyərində maddi ziyan vurduqları müəyyən edilib.

Onu da bildirək ki, Su NPİ-nin Lənkəran XPŞ-nin əməkdaşları ekoloji cinayət törədənlərlə yanaşı narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini də davam etdirir. Təkcə cari ilin ötən dövrü ərzində şöbə əməkdaşları tərəfindən 7 kiloqramdan artıq güclü təsiredici xassəyə malik narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Həmçinin oxuyun:

Bacarıqları heyrətləndirir, amma polis daha peşəkar çıxdı - VİDEO

4
Teqlər:
balıq, milli park
PPX avtomobili, arxiv şəkli

Boşanmaq istəyən qadını qardaşı qətlə yetirdi

22
(Yenilənib 18:12 16.09.2021)
Dilarə Nəsirova bir müddət öncə ailəsində olan münaqişələr səbəbindən həyat yoldaşından boşanmaq qərarına gəlib. Bu səbəbdən atası evinə qayıdıb.

BAKI, 16 sentyabr — Sputnik. Kürdəmirdə qardaş bacısını qətlə yetirib. Hadisə azyaşlı uşaqların gözü qarşısında baş verib.

Sputnik Azərbaycan-ın bölgə müxbirinin əldə etdiyi məlumata görə, qardaş əvvəllər də dəfələrlə bacısı ilə mübahisə edib. Qətl hadisəsi Kürdəmir şəhəri Üzeyir Hacıbəyov küçəsində qeydə alınıb. Şəhər sakini, 37 yaşlı Xəyal Şıxalıyev bacısının qaldığı evə, nənəsigilə gəlib. Nənəsini aldadaraq otağa keçən Xəyal 35 yaşlı Dilarə Nəsirova ilə əvvəlcə mübahisə edib, sonra xəsarət yetirib.

Qonşuların sözlərinə görə, Dilarə Nəsirova bir müddət öncə ailəsində olan münaqişələr səbəbindən həyat yoldaşından boşanmaq qərarına gəlib. Bu səbəbdən atası evinə qayıdıb, ancaq nənəsi tək yaşadığı üçün bir neçə gün imiş ki, onun yanında qalırmış.

Xəsarət yetirilən qadını qonşuları dərhal Kürdəmir rayon Mərkəzi Xəstəxanasına aparıblar, ancaq o, yolda dünyasını dəyişib.

Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Kürdəmir rayon şöbəsinə təhvil verilib. Qətli törədən Xəyal Şıxalıyev saxlanılıb. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Faktla bağlı Kürdəmir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Eləcə də oxuyun:

22
Teqlər:
hadisə, qətl, Kürdəmir, bacı, qardaş, mübahisə, boşanma