Dağıdılmış çayxana

Bakıda cinsi azlıqlar çay evinə basqın ediblər

3937
(Yenilənib 14:24 04.07.2017)
Onlar obyektin altını üstünə çeviriblər, polis işin izinə düşüb

BAKI, 4 iyul — Sputnik. Seksual azlıqların nümayəndələrindən ibarət qrup Bakıdakı çay evinə hücum edərək oranı talana məruz qoyub. Bu barədə Sputnik Azərbaycan-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

İnsident iyulun 3-dən 4-nə keçən gecə saat 00:10 radələrində Nizami rayonunda, 24-cü polis bölməsinin ərazisində baş verib. Çobanzadə küçəsində yerləşən çayxananın sahibi Məmmədov Rafiq Ramazan oğlu polisə şikayət ərizəsi ilə müraciət edib.

Məmmədovun sözlərinə görə, ona məxsus obyektə 3 cinsi azlığın nümayəndəsindən ibarət qrup gələrək, 500 manat pul tələb ediblər. Bu pulu Məmmədov azlıqların nümayəndələrindən birinə borclu imiş. Məmmədov onlara bildirib ki, onun üstündə bu qədər pul yoxdur və tezliklə o pulu qaytara bilməyəcək.

Bu zaman gənclərdən ibarət qrup çayxananı dağıtmağa və talan etməyə başlayıb. Onlar mebelləri, stəkanları qırıblar, şüşə qırıqlarını Məmmədovun üstünə atıblar və o, qolundan zədə alıb.

Bununla yanaşı, "Şamplena" (bu ifadəni xalq artisti Aygün Kazımova gündəlik həyatımıza daxil edib və böyük ehtimalla onun əsl mənasını heç özü də bilmir. Bizə məlum olan yalnız budur ki, Samuel Şamplen fransız səyahətçi və hidroqraf olub və 1601-ci ildə "kral coğrafiyaşünası" titulunu qazanıb — red.), ləqəbini daşıyan həmin dələduzlardan biri stəkanın qırığı ilə öz venasını kəsib və nəticədə 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib.

Hələlik baş vermiş hadisə dələduzluq kimi rəsmiləşdirilib. Faktla bağlı heç kəs saxlanılmayıb. İnsident iştirakçılarının şəxsiyyəti müəyyənləşdirilir. İşin materialları Nizami RPİ-nin təhqiqat şöbəsindədir.

3937
Teqlər:
Məmmədov Rafiq Ramazan oğlu, Şamplena, seksual azlıq, çay evi, gənc, Bakı, qrup, polis
Əlaqədar
"Cinsi azlıqların hüquqlarını qoruyun, cənab prezident"
Homoseksuallarla bağlı xəbər ortalığı qarışdırdı
Homoseksuallıq xəstəlik deyil, həyat tərzidir
Xəzər dənizi, arxiv şəkli

Xəzərdə zəlzələ olub

14
(Yenilənib 16:23 24.11.2020)
Xəzər dənizindəki zəlzələnin maqnitudası 3,2 bal, dərinliyi 62 km olub. Yeraltı təkanlar hiss olunmayıb

BAKI, 24 noyabr — Sputnik. Bu gün Xəzər dənizində zəlzələ olub. Sputnik Azərbaycan-ın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi xəbərə görə, zəlzələ yerli vaxtla saat 14:11-də Xəzər dənizində qeydə alınıb.

Zəlzələnin maqnitudası 3,2, dərinliyi 62 km olub. Zəlzələ hiss olunmayıb.

14
Teqlər:
zəlzələ, Xəzər dənizi
Bakıda yağışlı hava, arxiv şəkli

Hava şəraiti yenidən dəyişəcək - Amma bu dəfə...

17
(Yenilənib 13:56 24.11.2020)
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq.

BAKI, 24 noyabr — Sputnik. Noyabrın 25-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, noyabrın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı gözlənilir. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 9-12, Bakıda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək, nisbi rütubət 65-75 faiz olacaq.

Noyabrın 25-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin axşam yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olacaq. Tibbi-meteoroloji proqnoza gəlincə, noyabrın 25-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

17
Azərbaycan bayrağı, arxiv şəkli

İşğaldan azad edilmiş ərazilərdə məsələlərə mərkəzləşdirilmiş qurum baxacaq

0
(Yenilənib 16:58 24.11.2020)
Qərargahın nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstək göstərilməsi məqsədilə İdarələrarası Mərkəz yaradılır.

BAKI, 24 noyabr - Sputnik. Prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında Sərəncam imzalayıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Sərəncama əsasən, Azərbaycan Respublikası Prezidentinin, Ermənistan Respublikası Baş nazirinin və Rusiya Federasiyası Prezidentinin 2020-ci il noyabrın 10-da imzaladıqları Bəyanatda nəzərdə tutulmuş müddəaların icrasından irəli gələn, habelə Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində sosial-iqtisadi, humanitar, təşkilati və digər təxirəsalınmaz məsələlərin həlli, eləcə də bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə aşağıdakı tərkibdə Əlaqələndirmə Qərargahı (bundan sonra – Qərargah) yaradılıb.

Qərargahın rəhbəri

Dağıdılmış Ağdama mənzərə
© Official website of President of Azerbaijan Republic

Samir Nuriyev – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri

Qərargahın üzvləri

Zeynal Nağdəliyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri 

Şahmar Mövsümov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri

Hikmət Hacıyev – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri

Fuad Ələsgərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri

Anar Ələkbərov – Azərbaycan Respublikası Prezidentinin köməkçisi

Gündüz Kərimov – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin müdiri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Elçin Əmirbəyov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Xalid Əhədov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Emin Hüseynov – Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi

Kamran Əliyev – Azərbayan Respublikasının Baş prokuroru

Vilayət Eyvazov – Azərbaycan Respublikasının daxili işlər naziri

Muxtar Babayev – Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri

Fikrət Məmmədov – Azərbaycan Respublikasının ədliyyə naziri

Sahil Babayev – Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri

Kəmaləddin Heydərov – Azərbaycan Respublikasının fövqəladə hallar naziri

Ceyhun Bayramov – Azərbaycan Respublikasının xarici işlər naziri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

İnam Kərimov – Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Zakir Həsənov – Azərbaycan Respublikasının müdafiə naziri

Ramin Quluzadə – Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri

Emin Əmrullayev – Azərbaycan Respublikasının təhsil naziri

Anar Quliyev – Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri

Rövşən Rzayev – Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri

Elçin Quliyev – Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin rəisi

Əli Nağıyev – Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Orxan Sultanov – Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin rəisi

Anar Kərimov – Azərbaycan Respublikasının mədəniyyət nazirinin birinci müavini

Rəşad Nəbiyev – “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətinin sədri

Qərargahın nəzdində katiblik və kommunikasiya funksiyasının yerinə yetirilməsi və zəruri analitik-təşkilati dəstək göstərilməsi məqsədilə İdarələrarası Mərkəz yaradılır.

0
Teqlər:
işğaldan azad edilmiş ərazilər, Azərbaycan