Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi

Fövqəladə Hallar Nazirliyindən həyəcanlı xəbər

587
Teplovozun mühərrikində elektrik avadanlıqları yanıb

BAKI, 3 iyul — Sputnik. Bu gün səhər saatlarında Bakı şəhəri, Qaradağ rayonunda teplovozun mühərrikində elektrik avadanlıqları yanıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, teplovozun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 07:53-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

587
Teqlər:
teplovoz, Bakı şəhəri, Qaradağ rayonu, FHN, yanğın
Əlaqədar
Meşə yanğınları nəticəsində 2 min nəfər evini tərk etdi
Sabah ölkədə yandırıcı isti olacaq
Yanacaq çəni yanıb, 123 nəfər ölüb
Azərbaycanda məscid yanğından xilas edildi — şok iddia var
Yanğında ölənlərin sayı artır
Meşə yanğını, arxiv şəkli

Qızılağac milli parkın ərazisində yanğın başlayıb

5
(Yenilənib 18:06 06.07.2020)
Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN isti yay günlərində əhalini biçindən sonra əkin sahələrini yandırmamağa və odla ehtiyatlı olmağa çağırır.

BAKI, 6 iyul — Sputnik. 6 iyul 2020-ci il tarixində Lənkəran rayonu Balıqçılar qəsəbəsindəki taxıl zəmisində baş verən yanğın sonradan külək nəticəsində Qızılağac Milli Parkının ərazisinə keçib.

Sputnik Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, yanğının söndürülməsinə dərhal milli parkın əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin yerli qüvvələri cəlb olunub.

Hazırda yanğının ətraf ərazilərə yayılmaması və söndürülməsi istiqamətində işlər aparılır.

Havaların isti və quraq keçməsi ilə əlaqədar ETSN isti yay günlərində əhalini biçindən sonra əkin sahələrini yandırmamağa və odla ehtiyatlı olmağa çağırır.

5
XİN-in binası, arxiv şəkli

XİN-də həbs edilənlərdən biri məşhur müğənnimizin atası imiş - FOTO

114
(Yenilənib 16:48 06.07.2020)
Səlim Əlizadə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma maddələri ilə təqsirləndirilir

BAKI, 6 iyul – Sputnik. Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidmətinin Xarici İşlər Nazirliyində apardığı əməliyyatın nəticəsində nazirliyin 3 vəzifəli şəxsi barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Sputnik Azərbaycan “Qafqazinfo”ya istinadla xəbər verir ki, onlardan biri - Səlim Əlizadə “Eurovision” mahnı müsabiqəsinin iştirakçısı, tanınmış müğənni Safura Əlizadənin atasıdır.

“Eurovision” mahnı müsabiqəsinin iştirakçısı Safura Əlizadə (ortada) və atası Səlim Əlizadə (sağda)

O, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma maddələri ilə təqsirləndirilir. 

Xatırladaq ki, Safura Əlizadənin mərhum Sənaye və Energetika naziri Natiq Əliyevin gəlinidir.

114
Teqlər:
ittiham, müğənni, əməliyyat, XİN, DTX
Əlaqədar
DTX Xarici İşlər Nazirliyində əməliyyat keçirir
DTX Xarici İşlər Nazirliyinə kim üçün getmişdi? - VİDEO
Moskvada COVID-19 hospitalı, arxiv şəkli

Rusiyada bir gündə 200-ə yaxın şəxs koronavirusdan öldü

0
Rusiyada pandemiya yayılandan 10494 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 9551 nəfər olub.

BAKI, 7 iyul — Sputnik. Bir sutka ərzində Rusiyada 6358 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 198 nəfər ölüb.

Ümumilikdə, Rusiyada bu xəstəliyə yoluxanların sayı 694230-a çatıb. Rusiyada pandemiya yayılandan 10494 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 9551 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 463880-ə keçib.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 11,6 milyonu keçib, 538 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Teqlər:
yoluxma, Vəfat, Rusiya, COVID-19, Koronavirus