Qəza

Toy mərasiminə gedən avtomobil qəzaya düşüb: xəsarət alanlar var

55
(Yenilənib 23:04 01.07.2017)
Lənkəranda toy mərasiminə gedən avtomobil qəzaya düşüb: xəsarət alanlar var

BAKI, 1 iyul — Sputnik. Lənkəranda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə Lənkəran-Lerik yolunun 29-cu kilometrliyində qeydə alınıb.

Belə ki, "VAZ 2106" markalı, 42 BH 634 dövlət seriya nişanlı avtomobillə "VAZ 21011" markalı, 43 BC 856 seriyalı avtomobillərin toqquşması nəticəsində 3 qadın xəsarət alıb. Məlumata görə, onlar toy mərasiminə gedirmiş. 

Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır. 

55