Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Xəstəxanaya silahlı hücum: 1 ölü, 6 yaralı

© pixabay / ulfake76Охотничья винтовка типа "Винчестер", архивное фото
Охотничья винтовка типа Винчестер, архивное фото - Sputnik Azərbaycan
Abunə olmaq
Nyu-York şəhərinin bələdiyyə sədri Bill de Blasio hadisənin iş yerində yaşanan bir anlaşılmazlıqdan qaynaqlandığını, terrorla əlaqəsi olmadığını söyləyib

BAKI, 1 iyul — Sputnik. ABŞ-ın Nyu-York şəhərindəki bir xəstəxanada həkimin tüfənglə ətrafdakılara atəş açması nəticəsində təcavüzkar da daxil 2 nəfər ölüb, 6 nəfər isə yaralanıb.

Sputnik Azərbaycan "Milliyet"ə istinadla xəbər verir ki, Nyu-York şəhərinin bələdiyyə sədri Bill de Blasio hadisənin iş yerində yaşanan bir anlaşılmazlıqdan qaynaqlandığını, terrorla əlaqəsi olmadığını söyləyib.

Bildirilib ki, atəş açan şəxs xəstəxananın keçmiş əməkdaşı olub, xəstəxananın 16-cı və 17-ci mərtəbələrində silahla digər həkimlərə atəş açıb və sonra da intihar edib.

ABŞ mətbuatı təcavüzkarın xəstəxananın keçmiş həkimi Henry Bello olduğunu bildirib, amma hələlik rəsmi olaraq həkimin adı açıqlanmır.

Xəbər lenti
0